“Avtobus sürücüsü həbs edilməyib” - DİN 

Hazırda oxunan: “Avtobus sürücüsü həbs edilməyib” - DİN 

81651

Sumqayıtda 12 saylı marşrut avtobusunda sürücü ilə sərnişin arasında baş vermiş insidentlə əlaqədar sürücünün həbs edilməsilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev yayılan məlumatların əsassız olduğunu deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıt avtobusunda əlbəyaxa DAVA – Sürücü qadını avtobusdan çölə ATDI - VİDEO


"Sürücü saxlanılmayıb və məlumatlar əsassızdır. Müvafiq ekspertiza təyin edilib, araşdırmalar davam etdirilir”, - DİN rəsmisi bildirib.

Qeyd edək ki, hadisə iyunun 23-də Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus olan 12 saylı şəhərdaxili avtobusda yaşanıb. Mübahisə zamanı qadın sərnişin sürücünü təhqir edib. Daha sonra sürücüyə hücum edərək, ona fiziki zorakılıq göstərib. Bundan sonra sürücü qadını təpiklə itələyərək avtobusdan çölə atıb. Hadisə zamanı qadın yüngül xəsarətlər alıb. 

Sumqayıt nəqliyyat departamentinin əməkdaşı Elgiz Fərəcov Bizim.Media-ya açıqlamasında avtobus sürücüsü Amil Kosayevin işdən kənarlaşdığını bildirmişdi.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin