Vətən Müharibəsi şəhidi Murad Kəlbiyevin anası Rübabə Kəlbiyevaya qarşı dələduzluq etməkdə təqsirli bilinən İlham Abdullayevin cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.
Bizim.Media-nın məlumatına görə, cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
İş hakim Fikrət Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 8-nə təyin olunub.
İstintaq orqanı tərəfindən İlham Abdullayevin barəsində Cinayət Məcəlləsinin 32.4, 312.2-ci (iştirakçılıq, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə), 178.2.2-ci (təkrar dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham elan edilib.
İstintaq dövründə Rübabə Kəlbiyevaya dəymiş 11 min manat ziyandan 7 min manatı ödənilib. Qeyd edək ki, Rübabə Kəlbiyeva Vətən Müharibəsi şəhidi Murad Kəlbiyevin anasıdır.
İlham Abdullayev şəhidin adının əbədiləşdirilməsi üçün anasını aldadıb. Zərərçəkmişə Qusar rayonunun Cibir kəndinin məktəbinə şəhidin adına verilməsini deyib və pulunu alıb.
Murad Kəlbiyev Vətən Müharibəsi zamanı, oktyabrın 6-da Füzuli döyüşlərində şəhid olub. Ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Bundan başqa, İlham Abdullayev daha bir şəxsə qarşı dələduzluq edib. O, sənəd düzəltmə adı ilə Ədalət Dostalıyevi aldadaraq, onun külli miqdarda pulunu ələ keçirib.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:17 / 30.06.2022
Şəhid anasına qarşı dələduzluq edən şəxs MƏHKƏMƏ qarşısında
Hazırda oxunan: Şəhid anasına qarşı dələduzluq edən şəxs MƏHKƏMƏ qarşısında
Hazırda oxunan: Şəhid anasına qarşı dələduzluq edən şəxs MƏHKƏMƏ qarşısında
81623
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.