Bakıda 150 avtobus gecikmə ilə hərəkət edir - BNA-dan AÇIQLAMA

Hazırda oxunan: Bakıda 150 avtobus gecikmə ilə hərəkət edir - BNA-dan AÇIQLAMA

81573

Hazırda paytaxt yollarında müşahidə olunan nəqliyyat sıxlığı və tıxac səbəbindən 43 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət intervalında 15 dəqiqəyə yaxın gecikmələr var.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Qeyd olunub ki, Vahid Dispetçer Xidmətinin məlumatına əsasən, hazırda 150-ə yaxın avtobus gecikməklə hərəkət edir.

Ziya Bünyadov prospekti Poladəritmə zavodunun qarşısından başlayaraq Azadlıq prospekti ilə kəsişməyə qədər 20 Yanvar dairəsi istiqamətində 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 13-15 dəqiqəyə yaxın müşahidə olunur.

Tbilisi prospekti – 20 Yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda isə 12-14 dəqiqə gecikmə var.

Moskva prospektində Avtovağzal istiqamətində (Şamaxinka)

2,7A,13,14,18,29,37,59,65,83,96,114A,114B,119 bə 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-16 dəqiqə gecikmə müşahidə olunur.
Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslar 14-16 dəqiqə gecikmə ilə hərəkət edir. (Avtobus zolağı olmasına baxmayaraq, zolaq öz tələbinə riayət olunmur).

Azadlıq prospekti Baksol küçəsi ilə kəsişmədən Süleyman Sani Axundov küçəsi ilə kəsişməyə qədər 71, 79, 108B, 133, 165 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-14 dəqiqə gecikmə müşahidə olunur.
Xocalı prospekti Yusif Səfərov küçəsi istiqamətində 4, 10, 21, 30, 32, 49 və 175 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallar 15-17 dəqiqə gecikir.

Heydər Əliyev prospektində kənar yol Heydər Əliyev mərkəzi istiqamətində 1, 2, 13, 38 və M3 nömrəli müntəzəm və ekspress marşrut xətlərindəki avtobuslararası intervallar 11-12 dəqiqə gecikir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin