Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakini, əvvəllər də məhkum olunmuş Qurban Qazıyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Aşağı Tala kəndi ərazisində saxlanılan şəxsə məxsus fındıq bağına baxış keçirilən zaman oradan xüsusi qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 33 kiloqramdan artıq olan 51 ədəd çətənə kolu aşkarlanıb.Q.Qazıyev ifadəsində narkotik tərkibli bitkiləri may ayında becərdiyini və aqrotexniki qulluq göstərdiyini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:09 / 29.06.2022
Zaqatalada ƏMƏLİYYAT – 33 kq narkotik müsadirə olundu
Hazırda oxunan: Zaqatalada ƏMƏLİYYAT – 33 kq narkotik müsadirə olundu
Hazırda oxunan: Zaqatalada ƏMƏLİYYAT – 33 kq narkotik müsadirə olundu
81549
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.