Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Albert Tahirovun barəsində olan bəraət hökmündən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protestinə baxılıb.
Bu barədə Bizim.Media-ya vəkil Əli Hüseynov məlumat verib.
Onun sözlərinə görə, Ali Məhkəmənin hakimi Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, bəraət hökmü qüvvədə saxlanılıb, prokurorun protesti təmin edilməyib.
Xatırladaq ki, hadisə 14 may 2018-ci ildə Sumqayıt şəhərində baş verib. Albert Tahirov idarə etdiyi avtomobil yol polisi əməkdaşı Xəyyam Bağırzadənin sürdüyü avtomobillə toqquşub.
Nəticədə Xəyyam Bağırzadə dünyasını dəyişib.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Albert Tahirova 5 il müddətinə məntəqə tipli cəzası verilib.
Sumqayıt Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxs barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökmü ləğv edib.
Yeni hökmə əsasən, ona bəraət verilib.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:29 / 29.06.2022
Yol polisinin ölümündə təqsirli bilinən şəxslə bağlı QƏRAR
Hazırda oxunan: Yol polisinin ölümündə təqsirli bilinən şəxslə bağlı QƏRAR
Hazırda oxunan: Yol polisinin ölümündə təqsirli bilinən şəxslə bağlı QƏRAR
81506
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.