Dövlət büdcəsinə dəyişikliklər qəbul edildi

Hazırda oxunan: Dövlət büdcəsinə dəyişikliklər qəbul edildi

81472

2022-ci il üçün dövlət büdcəsinə dəyişikliklər qəbul edilib.  

Bizim.Media xəbər verir ki, Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.  

Layihə səs çoxluğu ilə qəbul olunub.  

Layihəyə əsasən, 2022-ci il üçün dövlət büdcəsində neftin bir barrelinin qiyməti 50 dollardan 85 dollara çatırılacaq.  
Eyni zamanda, layihəyə əsasən, 2022-ci il dövlət büdcəsi gəlirlərinin 2 381.8 milyon manat artırlaraq 29 197.8 milyon manata, xərclərinin isə 2 424.8 milyon manat artırılaraq 32 303.8 milyon manata çatdırılması nəzərdə tutulub.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin