“AmCham" “Qadınların İqtisadi Gücləndirilməsinə Dəstək Bəyannaməsi" imzaladı

Hazırda oxunan: “AmCham" “Qadınların İqtisadi Gücləndirilməsinə Dəstək Bəyannaməsi" imzaladı

81326

Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu “Qadınların İqtisadi Gücləndirilməsinə Dəstək Bəyannaməsi” imzalayıb. 

Bizim.Media xəbir verir ki, bəyannamə 24 iyun 2022-ci il tarixində “Qadınların İqtisadi Cəhətdən Gücləndirilməsi”-nə həsr olunmuş konfransda iştirakı zamanı bunu imzalanıb. 

Bəyannamə müəyyən edilmiş öhdəliklərə uyğun olaraq gender bərabərliyini, həmçinin müxtəlifliyi təşviq etmək üçün hərtərəfli və davamlı siyasət, prosedur və fəaliyyətləri həyata keçirmək məqsədi daşıyır və artıq dünyanın 45-dən çox ölkəsində “AmCham” tərəfindən imzalanıb. 

Bu əlamətdar tədbirdə yüksək vəzifəli dövlət rəsmiləri, şirkət rəhbərləri, palatanın üzv şirkətləri və diplomatik korpusun nümayəndələri də daxil olmaqla 150-dən çox qonaq iştirak edib. 
Konfrans sorğu, fokus-qrup müzakirələri və məlumatlandırıcı müsahibələrin nəticələrinə əsaslanan qrup təqdimatları ilə yekunlaşıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin