Dələduzluqda təqsirləndirilən "Run Group" şirkətinin prezidenti İranə Talışxanova barəsində olan məhkəmə hökmündən apellyasiya şikayəti verib.
Bizim.Media-nın xəbərinə görə, İranə Talışxanova barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Onun şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. Şikayət araşdırılması üçün hakim Elmar Rəhimovun icraatına verilib. Məhkəmənin ilkin baxış iclası iyunun 29-na təyin edilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İranə Talışxanova 9 il müddətinə azaadlıqdan məhrum edilib.
İstintaq orqanı tərəfindən İranə Talışxanova Cinayət Məcəlləsinin 178.3.2-ci ( külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub. Cinayət işi üzrə 11 nəfər zərərçəkən şəxs qismində tanınıb. Zərərçəkənlər arasında Türkiyə vətəndaşları da var.
Zərərçəkənlərin hər birinə iş qurmaq adı altında dələduzluq edilib.
Tikinti şirkətlərinin rəhbərlərindən həmin layihələrin icrasının onlara verilməsi qarşılığında külli miqdarda pul alıblar. İranə Talışxanova və sevgilisinin iş adamlarına təklif etdiyi layihələrin dəyəri 150-200 milyon civarında da olub.
O, qeyri-rəsmi münasibətdə olduğu Rəşad Cəfərovla birlikdə özlərini milyonlarla dəyəri olan layihələrin icraçısı kimi təqdim edib. Bildirək ki, Rəşad Cəfərov da həbs edilib və 5 il müddətinə azadlıqdan məhrum olunub.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:49 / 28.06.2022
Külli miqdarda dələduzluq edən şirkət rəhbəri yenidən MƏHKƏMƏ QARŞISINDA
Hazırda oxunan: Külli miqdarda dələduzluq edən şirkət rəhbəri yenidən MƏHKƏMƏ QARŞISINDA
Hazırda oxunan: Külli miqdarda dələduzluq edən şirkət rəhbəri yenidən MƏHKƏMƏ QARŞISINDA
81322
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.