Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin şöbə müdiri Gülnarə İsgəndərova, Tibb Universitetinin əməkdaşları Kəmalə Alıyeva və Elmira Babayevanın apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Bizim-Media-nın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Kamran Əkbərovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Sonra onların apellyasiya şikayətinin dəlilləri müəyyən edilib. Təqsirləndirilən şəxslər apellyasiya şikayətlərində günahsız olduqlarını bildiriblər. Onlar barələrindəki bəraət hökmünün çıxarılmasını istəyiblər.
Növbəti proses iyunun 30-da davam edəcək.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gülnarə İsgəndərova 6 il 6 ay, Kəmalə Alıyeva və Elmira Babayeva isə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Gülnarə İsgəndərova 2017-ci ildən etibarən qulluq mövqeyindən istifadə edərək ATU-nun əməkdaşları ilə əlbir olaraq ümumilikdə 21 nəfərdən Tibb Universitetində müxtəlif vəzifələrə düzəltmək adı ilə 126 500 manat alıb.
İttihama görə, vətəndaşlara qarşı dələduzluq edərək onları rüşvət verməyə təhrik edib, universitetdə müxtəlif vəzifələrə işə düzəlmələrinə dair Universitetin adından saxta əmrlər hazırlayıb.
Xatırladaq ki, onlarla bağlı 2021-ci ilin dekabrında cinayət işi açılıb. İş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:38 / 28.06.2022
Dələduzluq edən təhsil işçilərinin məhkəməsi başlayır
Hazırda oxunan: Dələduzluq edən təhsil işçilərinin məhkəməsi başlayır
Hazırda oxunan: Dələduzluq edən təhsil işçilərinin məhkəməsi başlayır
81309
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.