Nazirlik açılışa hazırdır: 100 ambulans, 300 həkim

Hazırda oxunan: Nazirlik açılışa hazırdır: 100 ambulans, 300 həkim

81289

Səhiyyə Nazirliyi tərəfindən Avropa Oyunlarına görə 300 nəfər xüsusi təlim keçmiş tibb işçisi və 100 ədəd təcili tibbi yardım maşını ayrılıb

Bu barədə  Səhiyyə nazirliyinin mətbuat xidmətindən məlumat verilib

Nazirlikdən bildiriblər ki, lazım olduğu halda yarış obyektlərinin tibb məntəqələrində, həm də tamaşaçılara tibbi xidmət göstərəcəklər. İştirakçı ölkələrin nümayəndə heyətlərinə və qonaqlara oyunlar zamanı tibbi xidmətlərin vaxtında və tam həcmdə göstərilməsini və lazımi halda operativ həllinin təmin edilməsi üçün nazirlikdə Qərargah fəaliyyət göstərir. 

Nazirlikdən onu da qeyd ediblər ki, idmançılara tibbi xidmətlərin ambulator şəraitində göstərilməsi məqsədi ilə Atletlər kəndində müasir standartlara uyğun olaraq zəruri tibb avadanlıqlarla təchiz olunmuş poliklinika yaradılıb. Poliklinikada xarici həkimlərlə birgə müvafiq beynəlxalq təlimlər keçmiş yerli tibb mütəxəssislər də tibbi yardım göstərir.

Eyni zamanda, idmançılara və gələn qonaqlara oyunlar zamanı ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsı məqsədi ilə Bakı şəhərində iki xəstəxana: Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi ayrılıb. Olimpiya stadionuna 100 ədəd təcili tibbi yardım maşını cəlb olunub. Həmin maşınlar yarış obyektlərində, qonaqlar yerləşdiyi ərazilərdə və digər sahələrdə 24 saat ərzində xidmət göstərəcək.

Bundan əlavə, təcili və təxirəsalınmaz tibbi yardım heyəti 150 nəfər həkim və 150 nəfər feldşerdən ibarətdir. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin