“Əhalinin sosial müdafiəsinə daha çox diqqət yetirilir” – Musa Quliyev  

Hazırda oxunan: “Əhalinin sosial müdafiəsinə daha çox diqqət yetirilir” – Musa Quliyev  

81283

“Ölkəmizin iqtisadi gücü artdıqca, əhalinin sosial müdafiəsi istiqamətinə də daha ciddi diqqət yetirilir”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında səsləndirib.  

“Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən Müdafiə Fondunun büdcəsindəki artımlar əhalimizin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edəcək.  

DSMF-nin büdcəsinin həm gəlirlər, həm xərcləri bərabər olaraq, 299,5 milyon manat artırılacaq. Bunların böyük bir hissəsi, Prezidentin sərəncamı ilə vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən maddi yardımın ödənilməsinə təminat yaradır”, - deyə Musa Quliyev əlavə edib.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin