Bakının Nizami rayonunda restoranda ictimai qaydanı pozan şəxslər polisə müqavimət göstərib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Cəlilabad rayon sakini, 1984-cü il təvəllüdlü Bəşir Məmmədov və 1986-cı il təvəllüdlü Məmməd Babayev (adlar şərti verilib – red.) Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən “Qədim Bağ” restoranında yeyib-içiblər.
Daha sonra sərxoş olan dostlar orada dava salıblar. Bundan sonra restoran sahibi polisə xəbər verib. 24-cü polis şöbəsinin əməkdaşları sözügedən restorana gəliblər.
Onlar hər iki şəxsi 24-cü polis şöbəsinə gətiriblər. Onlar orada da səs-küy salıblar. Polisin iş rejimini pozublar.
Daha sonra Bəşir Məmmədov polis şöbəsinin inzibati binasının dəhlizində asılmış “Rəhbərliyin qəbul günləri” lövhəsinə qəsdən başı ilə bir neçə zərbə vuraraq yararsız hala salıb, 24-cü polis şöbəsinin balansında olan əmlakı zədələyib.
Bundan başqa, digər saxlanılan şəxs polislərin ünvanına nalayiq söyüşlər söyüb, onları təhqir edib.
Hər iki şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə ittiham elan edilib.
Nizami rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs 10 gün müddətinə inzibati qaydada həbs olunub.
Inzibati qaydada həbs olunma vaxtı iyunun 27-dən hesablanması qərara alınıb. Onlar saxlanılması üçün Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil veriliblər.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:10 / 28.06.2022
Restoranda DAVA – Sərxoş dostların polisə müqaviməti 10 sutkayla bitdi
Hazırda oxunan: Restoranda DAVA – Sərxoş dostların polisə müqaviməti 10 sutkayla bitdi
Hazırda oxunan: Restoranda DAVA – Sərxoş dostların polisə müqaviməti 10 sutkayla bitdi
81257
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.