Ev sahibi ailə münaqişəsinə görə evini yandırdı

Hazırda oxunan: Ev sahibi ailə münaqişəsinə görə evini yandırdı

81231

Ucarda fərdi yaşayış evi yanıb.

Bizim.Media APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qazyan kəndində baş verib.

Kənd sakini, 82 yaşlı Ağahüseyn Qəniyevə məxsus 2 mərtəbəli, 6 otaqdan ibarət, ümumi sahəsi 230 kvadratmetr olan evdə güclü yanğın baş verib. Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından mühafizə hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı ev əşyaları ilə birlikdə tamamı ilə yanıb.  

Yanğın söndürülüb və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Məlumata görə, yanğın ailə münaqişəsi zamanı ev sahibi tərəfindən törədilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin