28 iyun saat 00:00-a olan məlumata əsasən Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 7 sm artıb.
Bizim.Media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Qeyd olunub ki, 27 iyun saat 8:00-la müqayisədə su səviyyəsi 71 sm çoxdur və su sərfi 750 m3/san olmaqla ongunluk normanın 186 %-ni təşkil edir.
***
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Kür çayının ərazisində yaşayan əhaliyə xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, U.Tağıyeva report.az-a açıqlamasında bildirib ki, son günlərdə ölkə ərazisində, xüsusilə də respublikanın şimal və qərb rayonlarında qeyri-sabit hava şəraiti müşahidə olunur.
Onun sözlərinə görə, bu gün axşam saatlarında Gədəbəy rayonu ərazisində iri dənəli dolu qeydə alınıb:
"Qeyri-sabit hava şəraiti qonşu ölkələrdə də müşahidə olunur. Səhər saatlarında Kür Qırakəsəmən məntəqəsində çayın səviyyəsi yarım metrdən artıq (53 sm) olması qeydə alınıb. Proses bu gün gecə ərzində də davam edəcək".
"Sabah gün ərzində Kür çayının yuxarı axınında yüksək sululuq müşahidə olunacaq, daşqın istisna edilmir. Ağstafa, Qazax, Tovuz rayonlarında yaşayan əhaliyə xəbərdarlıq edirik ki, Kür çayının yaxınlığında olan şəxslər diqqətli olsunlar. Yerli icra hakimiyyətlərinin də müvafiq tədbirlər görməsi vacibdir.
Yaxın günlər ərazində, yəni iyun ayının sonunadək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək.
Dağlıq və dağətəyi rayonlarda leysan xarakterli yağışların yağması ehtimal edilir. Nəticədə respublikanın dağ çaylarında qısa müddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır. Bəzi rayonlara dolu düşəcəyi ehtimalı var" - Xidmət rəisi əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:19 / 28.06.2022
Əhaliyə XƏBƏRDARLIQ: "Kürdə daşqın gözlənilir" - YENİLƏNİB
Hazırda oxunan: Əhaliyə XƏBƏRDARLIQ: "Kürdə daşqın gözlənilir" - YENİLƏNİB
Hazırda oxunan: Əhaliyə XƏBƏRDARLIQ: "Kürdə daşqın gözlənilir" - YENİLƏNİB
81224
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.