“Bu gün qalib Azərbaycan dövləti işğaldan azad etdiyi torpaqlarında geniş quruculuq işləri aparır, erməni işğalı dövründə vandalizmə məruz qalmış ümumislam əhəmiyyətli dini-mənəvi abidələrimizi bərpa edir, yenidən qurur. Bütün İslam dünyasının ümumi qələbəsi olan Qarabağ Zəfərinin sevincini bizimlə birgə İƏT üzvü olan 57 ölkə nümayəndələri bölüşməyə hamıdan çox haqq edirlər”.
Bizim.Media xəbər verir ki, bu fikirləri iyunun 27-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha və İƏT-ə üzv dövlətlərin turizm nazirləri ilə görüşü zamanı səsləndirib.
Onun sözlərinə görə, Qarabağın yenidən dirçəldilən şəhər və kəndlərini bütün dünya müsəlmanları gəlib görməlidirlər, xalqımız üçün müqəddəs olan yerləri ziyarət edib, torpaqlarımızın dirçəldilməsində iştirak etməlidirlər:
“İslam Əməkdaşlıq Təşkilatının Azərbaycana verdiyi dəstək bizi sevindirir”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:44 / 27.06.2022
“Dünya müsəlmanları Qarabağın dirçəldilən şəhər və kəndlərini görməlidirlər” – Allahşükür Paşazadə
Hazırda oxunan: “Dünya müsəlmanları Qarabağın dirçəldilən şəhər və kəndlərini görməlidirlər” – Allahşükür Paşazadə
Hazırda oxunan: “Dünya müsəlmanları Qarabağın dirçəldilən şəhər və kəndlərini görməlidirlər” – Allahşükür Paşazadə
81219
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.