“Şeyxə müraciət varsa, baxılacaq” – Hacı Şahin 

Hazırda oxunan: “Şeyxə müraciət varsa, baxılacaq” – Hacı Şahin 

8108

Erməni katolikosu II Qaregen Azərbaycanın ruhani lideri Allahşükür Paşazadəyə müraciət edib.

O, Azərbaycanın dini liderindən əsirlərin geri qaytarılmasında köməklik göstərməsini xahiş edib.

II Qaragen Allahşükür Paşazadənin erməni əsirlərinin azad edilməsi üçün səy göstərəcəyini, həmçinin Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin vasitəçiliyi ilə görüşlərin ruhuna uyğun olaraq, itkin düşmüş və həlak olmuş döyüşçülərin qalıqlarının axtarılmasına kömək edəcəyini gözləyir.

Maraqlıdır, Qafqaz Müsəlmanları İdarəsinin bu məsələdə addımı nə olacaq?

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli

Bizim-Media-ya açıqlamasında Şeyxə müraciət varsa, məsələyə baxılacağını bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Erməni katalikosu II Qaregen Allahşükür Paşazadəyə müraciət etdi


“Ümumiyyətlə Şeyx həzrətləri müxtəlif münaqişələr zaman sülh təşəbbüsündə olur. İndiyədək Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə də humanist və sülh təşəbbüsləri çox olub''.

''Təəssüf ki, erməni tərəfi bu addımları lazımi şəkildə dəyərləndirməyib. Amma müraciət varsa, şübhəsiz ki, baxılacaq və ona uyğun müvafiq addımlar atılacaq''.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin