Kimlər potensial insan alveri qurbanı sayılır?
İnsan alveri - güc işlətmə və ya güc işlədiləcəyi ilə hədələmə, məcburiyyət, oğurlama, aldatma, köməksizlikdən sui-istifadə yolu ilə insanların istismar edilməsidir. Başqa sözlə desək, uşaqların cinsi təcavüzə məruz qalması, onların zorla işlədilməsi, hətta  onların bədən orqanlarını satılması bu bəşəri və trans-milli cinayətin əsas xarakterik xüsusiyyətlərindən biridir. Hazırda bütün dünyanın az qala baş bəlasına çevrilən insan alveri cinayəti sürətlə yayılmaqdadır. Sanki bu cinayətin “başbilən”x9dləri şikarını gözləyən ovçular kimi bərədə dayanıblar. Bu zaman onların toruna düşən isə potensial qurbanlar  olur. Bəs kimlər potensial qurban hesab olunur?
-Sosial durumu ağır olan insanlar
-Ailədaxili və məişət zorakılığına mərzu qalanlar
-Yüksək əmək haqqı eşqi ilə xaricdə iş axtaranlar
-İfrat dərəcədə virtual aləmə bağlı  olanlar
-Məcburi əməyə cəlb edilən uşaqlar
-Qeyri-rəsmi şəkildə xaricdə təhsil almaq istəyənlər
-Körpələr və uşaq evlərindən çıxanlar
-Qanundankənar doğulan uşaqlar
-Səfil həyat tərzi keçirənlər
Bütün sadalananlar bu qəbildən olan insanların təhlükənin bir addımlığında olduğunu açıq şəkildə göstərir.Onu da vurğulamaq yerinə düşər ki,insan alveri qurbanları təkcə cinsi istismara və məcburi əməyə cəlb edilmirlər.Ən dəhşətlisi odur ki,qurban çevirilən insanların bir çoxu orqan mafiyasının gəlir mənbəyidir.Onların müxtəlif orqanları(əsasən qaraciyər və böyrəklər) çıxarılaraq böyük məbləğdə pulların qarşılığında satılır.Qeyri-rəsmi məlumatlara görə,artıq Azərbaycanda da bir neçə insan orqan mafiyasının tələsinə düşüb.
Küçədə şüşə silən, dilənən, təkər qaraldan azyaşlı uşaqlar... Onların bəzilərini - beynəlxalq qanunvericilik insan alveri qurbanları sayır. Təbii ki, bu işə ata-anaları, ya da başqa yaşlılar-yetkinlər məcbur edirlərsə... Uşaqların işləməyə məcbur edilib-edilməməsini araşdırmaq hüquq-mühafizə orqanlarının birbaşa vəzifəsidir. Amma bir təzad var: Məcburiyyət üzə çıxarsa, bənzər əməllərə yol verənlər, buna şərait yaradanlar Cinayət Məcəlləsinə görə deyil, İnzibati Xətalar Məcəlləsinə görə məsuliyyət daşıyırlar.
Körpələr evindən çıxan, qanundankənar doğulan, küçədə yaşayan uşaqlar potensial insan alveri qurbanlarıdır. Belə uşaqlar Azərbaycanda yetərsiz dövlət qayğısı gördüyü üçün asanlıqla alver qurbanına çevrilə bilərlər.
İnqilab Şirinbəyli
EL Televizya Şirkəti
Aparıcı-redaktor, AJB-nin üzvü






























































































