“Şuşada qələbə xəbərini eşidəndə şəhid qardaşlarımızın ruhu qarşısında diz çökdük” – QAZİ HƏKİM

Hazırda oxunan: “Şuşada qələbə xəbərini eşidəndə şəhid qardaşlarımızın ruhu qarşısında diz çökdük” – QAZİ HƏKİM

81068

“Düz iki dəfə keçmişəm Qarabağın qanlı-qadalı yollarından. İndi oturub şəhid yoldaşlarımı fikirləşəndə deyirəm ki, kaş onlar da əlsiz-ayaqsız olaydılar, amma qayıdaydılar görəydilər yurdlarındakı bu qələbə büsatını, Müzəffər ordunun dik duruşunu. Çoxusu indi babadır, nəvələrinindən əsgər olanı da var. Bəzən saatlarla bu üzüntüdən çıxa bilmirəm. Hönkür-hönkür ağlayıram”.

Bütün bunları hər iki Qarabağ müharibəsinin iştirakçısı, həkim cərrah Kərim Kərimov danışır.

O, 1992-ci ildən üzü bəri Qarabağ müharibəsinin bütün fəal mərhələlərinin iştirakçısı olub.

1992 ci ildə Ağdamın Novruzlu kəndi istiqamətində döyüşlərə qatılan hərbi həkim 1998-2021 ci illərdə də təkrar hərbiyə cəlb olunub.

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından könüllü cəbhəyə üz tutan Kərim Kərimova hamı indi qəhrəman kimi baxır. Füzuli döyüşlərində taboralın birində tibb xidmətinə rəhbərlik edib. Qələbəni Şuşa şəhərində qarşılayıb.

“Minamyot qəlpəsindən ağır yara alsam da tez zamanda yaralarımı sarıdıb döyüş yolladaşlarımın yanına qayıtdım. Belə bir zamanda geridə qalmaq olmazdı. Hamıda elə bir əhval-ruhiyyə vardı ki, canavar kimi vuruşurdular. Bəli, onların hamısı qəhrəman idi. 25-30 il boğazımızda düyünlənmiş qəhərimiz vardı, bunun çarəsi ancaq Qələbə idi”.

Şuşada ayın 7-də olduq və 8-i günü artıq şəhəri azad etdik deyir qazi həkim:

“Düşmən Xankəndi tərəfdən Şuşanı intensiv atəşə tuturdu deyə tapşırığa əsasən şəhər ətrafındakı ərazilərə çəkilib şəhəri ətrafdan qorumağa başladıq. 9-u tarixində isə Laçın istiqamətində hücum əmri aldıq. İnanın qələbə əzmi döyüşçülərdə elə yüksək idi ki, bir əlimizdə silah və çiyinlərimizdə yaralı və şəhid döyüşçülər zirvəyə doğru döyüşə döyüşə 300 spartalı kimi qalxırdıq. Elə həmin vaxt qələbə xəbəri gəldiO mənzərəni xatırlayanda indi də məni qəhər boğur. Cəmi bir neçə saat, 5-10 dəqiqə əvvəl şəhid olan döyüş yoldaşlarımızın cəsədi önündə diz çöküb səcdə qılırdıq”.

Şuşanın azadığına görə medalı ilə təltif olunan Kərim Kərimov o günləri xatırladıqca yenə də gözləri dolur, özünü saxlaya bilmir: 

“Hər gecə o günləri və üzləri yuxuda görürəm. Kimisə xilas etdik, kimlərəsə yardım etmək kimi şansımız olmadı. Minamyot batareyasının komandiri vardı Emin, daim zirehli gəzirdi, biz də zarafat edib gülüşürdük. Müharibənin son günlərində o artileriya atəşinə qurban oldu. Onun bədənindən yalnız bir ayağı qalmışdı.

İki qız bir oğul atasıyam. Mın müharibədən sonra evə dönərkən övladlarım sürpriz kimi qarışlanma mərasimini lentə almışdılar. İndi təkrar o lentə baxanda hər dəfə evinə ailəsinə dönə bilməyən şəhid qardaşlarım gözümün önünə gəlir. Göz yaşlarıma hakim ola bilmirəm. Keşkə onlar da balalarına sarıla bilsəydi deyirəm".

Ehtiram Muradov, Bizim.Media, Mərkəzi Aran Bürosu 

 

 

 

 

 

 







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin