Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən kobud qayda pozuntuları törədən, avtomobillərində konstruksiya dəyişikliyinə yol verən, avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücülərin müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə gecə saatlarınadək davam edən nəzarət-profilaktik tədbirlər keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə yol polisinin apardığı yoxlamalar zamanı avtomobillərin texniki vəziyyətinə qanunsuz müdaxilə edərək əlavə avadanlıqlar quraşdıran, sürət həddini aşan, qarşı hərəkət zolağına çıxan bir neçə sürücü aşkarlanıb.
Onlar məsuliyyətdən yayınmaq üçün müxtəlif bəhanələr gətirməyə çalışsalar da, yol polisi qanunvericiliyin tələbləri barədə onlara ətraflı məlumat verib və barələrində inzibati protokol tərtib edib.
Həmçinin, keçirilən tədbirlər zamanı sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edən, avtomobilində konstruksiya dəyişikliyinə yol verən sürücülər də polis əməkdaşları tərəfindən müəyyən olunub.
Onların avtomobilləri özlərinin də iştirakı ilə müvəqqəti duracağa yerləşdirilib və ümumilikdə 35 sürücü barəsində inzibati protokol tərtib edilib.
Şəhər ərazisindən hərəkətin təhlükəsizliyinin təmin olunması, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün profilaktik tədbirlər bundan sonra da davam etdiriləcək.
Ehtiram Muradov, Bizim.Media, Mərkəzi Aran Bürosu
- A-
- A
- A+
Cəmiyyət
15:03 / 26.06.2022
Mingəçevirdə 35 sürücü cərimələndi – SƏBƏB - FOTO
Hazırda oxunan: Mingəçevirdə 35 sürücü cərimələndi – SƏBƏB - FOTO
Hazırda oxunan: Mingəçevirdə 35 sürücü cərimələndi – SƏBƏB - FOTO
81058
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.