“Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, ümummilli lider Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əlaqələri sarsılmaz qardaşlıq münasibətləri üzərində qurulub.
Bu münasibətlərin əsasında tarixi bağ dayanır. Qafqaz İslam Ordusu komandanı Nuru paşa 25 may 1918-ci ildə Gəncəyə gəlişi gəncəlilər tərəfindən böyük sevinclə qarşılanıb. Çünki Nuru Paşanın ilk amalı Gəncədə mövcud olan təhlükəni aradan qaldırmaq, buradakı düşmənləri tərksilah etmək və azərbaycanlı əhalinin təhlükəsizliyini təmin etməkdən ibarət idi. Bu qardaşlıq münasibətləri bu gün də davam edir”.
Bu açıqlamanı Bizim.Media-nın yerli bürosuna Gəncədə səfərdə olan Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı verib.
Onun sözlərinə görə, əsrlərə söykənən qardaşlıq bu gün də davam edir.
Səfir 11 iyun 1918-ci ildə Qafqaz İslam Ordusunun Gəncənin Şah Abbas məscidi ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olan 13 mehmetçiyi üçün elə bu ərazidə, şəhərin mərkəzində möhtəşəm abidənin ucaldılmasını hər iki dövlət üçün çox böyük tarixi hadisə olduğunu vurğulayıb.
“Gəncənin mərkəzində, mehmetçilərin şəhid olduqları yerdə bu abidənin ucaldılmasında zəhməti keçən hər kəsə, Gəncə şəhər rəhbərliyinə, Türkiyənin Gəncədəki Konsulluğuna, iş adamlarına minnətdarlıq edirəm. Bu abidə bir millət iki dövlət olan qardaş ölkələrimizin həm xoş günündə, həm də dar günündə bir birinin yanında olduğunun nümunəsidir” deyə səfir Cahit Bağçı vurğulayıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- A-
- A
- A+
Cəmiyyət
13:19 / 26.06.2022
Türkiyəli səfir Nuru Paşanın 25 may 1918-ci ildə Gəncəyə gəlişi HAQDA DANIŞDI
Hazırda oxunan: Türkiyəli səfir Nuru Paşanın 25 may 1918-ci ildə Gəncəyə gəlişi HAQDA DANIŞDI
Hazırda oxunan: Türkiyəli səfir Nuru Paşanın 25 may 1918-ci ildə Gəncəyə gəlişi HAQDA DANIŞDI
81050
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.