Siyasi məhbus ailəsinə təzyiq göstərilir

Hazırda oxunan: Siyasi məhbus ailəsinə təzyiq göstərilir

81015

Moderator.az xəbər verir ki, Göyçayda şərlənərək həbs olunmuş hüquq müdafiəçisi, siyasi məhbus Taleh Xasməmmədovun ailə üzvlərinə təzyiqlər başlayıb. Bu barədə məlumatı hüquq müdafiəçisinin qardaşı Valeh Xasməmmədov bildirib. O bildirib ki, ailənin yeganə qazanc mənbəyi olan, onun işlətdiyi baytarlıq aptekini bağlayıblar. Aptekin bağlanması Kənd Təsərrüfatı nazirliyinin Baytarlıq Xidmətinin və yerli icra qurumlarının xətti iləhəyata keçirilib. Maraqlıdır ki, “aptek bağlama”x9d əməliyyatının səbəbləri barədə məhbus ailəsinə hər hansı məlumat verilməyib.

Yerli mənbələrin verdiyi məlumata görə Göyçayda fəaliyyət göstərən baytarlıq apteklərinə nəzarəti Göyçay Baytarlıq xidmətinin rəisi Hacıyev Ağadadaş həyata keçirir. Hacıyev Ağadadaş  rayon baytarlıq apteklərinə nəzarəti öz qohumları vasitəsi ilə təşkil edir və bu işə rəhbərlik edən onun qardaşı Qiyas Hacıyevin və oğlu Orxan Hacıyevin də öz baytarlıq aptekləri var.

Xatırladaq ki, Göyçay rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayevin göstərişi ilə şərlənib həbs olunduğu bildirilən hüquq müdafiəçisi Taleh Xasməmmədovun məhkəməsi 02 iyun 2015- ci ilə təyin olunsa da, naməlum səbəblərdən 16 iyuna təxirə salınıb. T. Xasməmmədovun məhkəməsinin səbəbsiz olaraq təxirə salınması, uzadılması onun ailə üzvləri tərəfindən narahatlıqla qarşılanır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin