Dərini cavanlaşdıran, məsamələri yox edən MASKA

Hazırda oxunan: Dərini cavanlaşdıran, məsamələri yox edən MASKA

81003

İlin dörd fəslində üz dərinizə qulluq etməlisiniz. Qışda soyuqdan çatlayan dəri, yayda günəş şüasından zərər görür. Bunun üçün də üz hər zaman nəmləndirilməli, maskalar çəkilməlidir.

Bizim.Media evdə asan hazırlanan maskalar təqdim edir.

Məsamələri daraldan ən effektiv maska

Ərzaqlar:

- 2 qaşıq qatıq

- Yarım xiyar

- 1 xörək qaşığı qaymaq

Xiyarı rəndələyib qatıqla qarışdırın. Sonra qaymaq ​​əlavə edin və dərinizə çəkin. 10 dəqiqə saxladıqdan sonra yuyun.

Şəkər tozu və limonlu pilinq

- 2 qaşıq şəkər tozu

- 1 qaşıq zeytun yağı

- Bir neçə damcı limon suyu

Bütün maddələri yaxşıca qarışdırın və üzünüzə pilinq edin. Sonra yuyub, nəmləndirici krem çəkin.

Yumurta ağı və limonlu maska

- Bir yumurta ağı

- bir neçə damcı limon suyu

İki maddəni yaxşıca qarışdırın, üzünüzə çəkin. 10 dəqiqə saxladıqdan sonra yuyun.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin