“Biz mətbuatda “Azİmport”x9d şirkətini adı çəkilən bütün yazıları diqqətlə izləyirik. Məqalələrdə razılaşdığımız faktlar da var, razılaşmadıqlarımız da. Yoxlanılmamış faktların dərc edilməsi biabırçılıqdır. Son vaxtlar müxtəlif cinayət əməlləri törətməkdə şübhəli kimi hüquq-mühafizə orqanları tərəfindən saxlanılan bəzi şəxslərin adının “Azİmport”x9dla bağlanması üçün heç bir əsası yoxdur”x9d.
“Həftə içi”x9d xəbər verir ki, bu sözləri “Azİmport”x9d MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafiq Eyvazov söyləyib. O, təmsil etdiyi şirkət tərəfindən ərazilərin zəbt olunması, sahiblərinə kompensasiya ödənilmədən yaşayış evlərinin və ofislərin sökülməsi barədə ittihamlara da cavab verib: “Bir mühüm məqamı dəqiqiləşdirmək lazımdır: “Azİmport”x9d söküntü işi ilə məşğul olmayıb. Ümumiyyətlə, tikinti şirkətlərinin belə bir hüququ yoxdur və biz bir qayda olaraq, təmizlənmiş, tikinti üçün hazır olan meydançaya gəlirik. Söküntü məsələlərinə yəqin ki, yerli icra hakimiyyətləri baxır”x9d.
Rafiq Eyvazov “Azİmport”x9dun “Qış bulvarı”x9d adlanan ərazi ilə heç bir əlaqəsinin olmadığını, Dövlət Bayrağı Meydanında evləri sökmədiyini, sifarişçi ARDNŞ-dən bunun üçün nə göstəriş, nə də maliyyə almadığını bildirib. Onun sözlərinə görə, hazırda “Kristal-holl”x9dun yerləşdiyi ərazi də tamamilə boş olub. “Azİmport”x9d MMC isə “Kristal-holl”x9dun tikintisi zamanı betondan tikililər inşa edib və cəmi 8 aya işi başa çatdırıb.
Buzovna qəsəbəsində yaşayış və kommersiya tikililərinin sökülməsində “Azİmport”x9da məxsus texnikanın iştirakına gəlincə, Rafiq Eyvazov deyib ki, şirkətin Buzovnada həyata keçirdiyi işin həcmi çox böyük olub: “Həm abadlıq, həm də “Aeroport yolu”x9d boyunca hasarlama işləri aparılırdı. Coxlu sayda texnika işləyirdi və istisna etmirəm ki, hardasa məhz bizim texnikanı da görən olub. Amma söküntüdə bizim şirkətin heç bir iştirakı olmayıb”x9d.
“Azİmport”x9d təmsilçisi bu yaxınlarda ölkə başçısının iştirakı ilə Bakı bulvarının yeni sahəsinin ”“ “Ağ şəhər bulvarı”x9dnın, həmçinin Xətai rayonunda yeni parkın açılış mərsiminin olduğunu, həmin obyektlərdə işlərin də məhz bu şirkət tərəfindən həyata keçirildiyini xatırladıb. O, Buzovnada üzlükvurma işlərində yanğın təhlükəsi olan poliuretan örtüklərdən istifadə edilib-edilməməsi barədə suala belə cavab verib: “Biz Buzovna qəsəbəsində heç bir binaya poliuretan üzlük vurmamışıq. Üzlükvurmanı bu qəsəbədə başqa şirkət aparıb. Sadəcə, indi bizə həmin üzlüklərin demontaj edilməsini tapşırıblar. Gecə-gündüz iş gedib. Bu gün həmin evlər poliuretandan təmizlənib və biz ərazidən zibili daşımaqla məşğuluq”x9d.
Bununla belə, “Azİmport”x9d Bakıda yerləşən bəzi binalara üzlük vurub. Rafiq Eyvazov deyib ki, təmsil etdiyi şirkət binaların üzlənməsi zamanı yalnız keyfiyyətli, yanmayan betopan (fibrosement) materialından istifadə edib: “Bu, məhz həmin materialdır ki, indi Bakıda poliuretanı onunla əvəzləyirlər. Təbii ki, bizdə bütün materiallar zəruri ekspertizadan keçirilib və müvafiq keyfiyyət sertifikatı vardır. Amma biz əsasən, “aqlay”x9d adlandırılan əhəngdaşı mənşəli təbii üzlüklərdən istifadə edirik”x9d.
“Azİmport”x9dun təsisçilik hüququnun tanınmış iş adamı Azər Əsgərova məxsus olduğunu deyən şöbə müdiri şirkətin heç bir torpaq sahəsini zəbt etmədiyini, borcunun və Beynəlxalq Bank qarşısında kredit öhdəliyinin olmadığını deyib. Onun sözlərinə görə, şirkətdə xüsusi orqanlar tərəfindən yoxlama aparılması barədə yayılan məlumatlar da doğru deyil: “Biz işimizi keyfiyyətlə və vaxtında yerinə yetiririk, Bakı şəhərinin memarlıq harmoniyasını qoruyub saxlayırıq. Bizi quldur, satqın və başqasının əmlakını qamarlayan kimi qələmə vermək, ən azı, vicdansızlıqdır. Axı, hər bir ittihamın arxasında konkret dəlillər dayanmalıdır. Biz qlobal layihələr icra etmişik. Əgər dünya təcrübəsini təhlil etsəniz görəcəksiniz ki, hətta ən inkişaf etmiş ölkələrdə də tikinti şirkətləri ilə əmlakı sökülməli olan vətəndaşlar arasında müəyyən anlaşılmazlıqlar olur. Lakin biz şikayətlərə və dialoqlara həmişə açıq olmuşuq. Bundan başqa, ünvanımıza olan hər bir tənqidi diqqətlə araşdırmışıq...”x9d




































































































