Daşkəsəndə sel fəlakəti - RAYON MƏRKƏZİ İLƏ ƏLAQƏ KƏSİLDİ

Hazırda oxunan: Daşkəsəndə sel fəlakəti - RAYON MƏRKƏZİ İLƏ ƏLAQƏ KƏSİLDİ

80884

Bu gün saat 20 radələrində Daşkəsən rayonu ərazisinə yağan intensiv dolu və leysan yağışları nəticəsində çay yataqlarında sel sularının kəskin artması hazırda Alaxançallı kəndi ilə rayon mərkəzi arasında yeganə  əlaqə yaradan suötürücü keçidi tamamilə dağıdıb. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna Daşkəsən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Elmar Əliyev verib:
 

MÖVZU İLƏ BAĞLI:

Daşkəsəndə qasırğa - Körpülər uçdu, mərkəzlə əlaqə kəsildi - VİDEO


"İyunun 10-da baş vermiş eyni xarakterli təbii fəlakət Alaxançallı kəndinə ciddi ziyan vurmuş, kəndin 3 ədəd körpüsünü aparmış, yollarını yararsız vəziyyətə salmışdı. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təbii fəlakətin vurduğu ziyanların aradan qaldırılması çərçivəsində tez bir zamanda kəndlə əlaqəni bərpa etmək məqsədilə çay yatağında iridiametrli dəmir borulardan bir ədəd suötürücü keçid quraşdırıldı. Bu gün sel sularının həmin suötürücünü aparması Alaxançallı kəndi ilə rayon mərkəzi arasında əlaqəni yenidən kəsib". 

Qeyd edək ki, intensiv dolu və sel suları rayonun Çanaxçı, Qaraqullar, Almalı, Suqovuşan və bir sıra yaşayış məntəqələrində şəxsi təsərrüfatlara, yol infrastrukturuna, fərdi yaşayış evlərinin dam ötrüklərinə yenidən ciddi ziyan vurub. 

Hazırda rayon ərazisində intensiv leysan yağışları ilə müşayiət  olunan qeyri-sabit hava şəraiti davam edir.

Məqsəd Rəhimov, Bizim.Media - Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin