İcra başçısından məmurlara GÖSTƏRİŞ - Erkən nikahla bağlı iş görün - FOTO

Hazırda oxunan: İcra başçısından məmurlara GÖSTƏRİŞ - Erkən nikahla bağlı iş görün - FOTO

80821

Tərtər rayon İcra hakimiyyətinin başçısı rayonun Qaynaq kəndində səyyar qəbul-görüşü keçirilib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, görüşdə hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak edib.  

Qəbuldan əvvəl tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş kənd şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzərək, onları ehtiramla yad edib.  
Qəbul zamanı sakinlərin müraciəti dinlənilib. Problemlərin bir qismi yerində öz həllini tapsa da, digər müraciətlər qeydiyyata alınaraq aidiyyəti üzrə yönləndirilib.  

Bundan başqa, icra başçısı M.Məmmədov əhali ilə söhbət zamanı daha bir həssas məqama toxunaraq, yerli idarəetmə orqanları nümayəndələrinə göstəriş verib.  

Belə ki, icra başçısı erkən nikahla bağlı məsələlərdən də danışıb, pedaqoji kollektivlərə, əlaqədar qurumlara yerlərdə valideynlərlə görüşüb, fərdi söhbətlər aparılmasını, rayon Polis şöbəsi ilə birlikdə maarifləndirmə tədbirləri keçirməyi tapşırıb.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin