Şəhid Əli Allahverdi oğlu Məmmədovun həyat yoldaşı və oğlu Kəlbəcərə səfər edib.
Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, onlar ilk olaraq rayon şəhidlər xiyabanına gedib, burada dağıdılmış şəhid məzarlarnı ziyarət ediblər.
Şəhidin xanımı Gözəl Məmmədova həyat yoldaşının və digər doğmalarının məzarını taparaq ziyarət edib.
Sonra şəhər mərkəzində yerləşən evindən qalmış xarabalığı ziyarət edib, İstisu ərazisində olub.
Şəhidin övladı Elşən Əlisoy Bizim.Media-nın Qarabağ bürosuna bildirib ki, Kəlbəcər səfəri anasının səhhətində xeyli dəyişikliklər yaradıb:
“İllərdir anamın səhhəti qaydasında deyildi. Əllərində və ayaqlarında şişlər əmələ gəldiyinə görə intensiv müalicə olunurdu. Anam Kəlbəcəri, atamın məzarını, evimizi gördükdən, istisu içdikdən sonra səhhətində xeyli irəliləyişlər oldu. O ki qaldı illər sonra doğma yurdu ziyarət etməyin sevincinə, - bunu heç cür ifadə edə bilmirəm.
Tanrı bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Bu günü yaşadığım üçün çox xoşbəxtəm...”.
Qeyd edək ki, şəhid Məmmədov Əli Allahverdi oğlu 1953-cü ildə Kəlbəcər şəhərində doğulub. O, 1992-ci ildə Ağdərə-Kəlbəcər istiqamətində şəhid olub.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
- A-
- A
- A+
Cəmiyyət
14:42 / 24.06.2022
Şəhid xanımı illər sonra həyat yoldaşının məzarı başında - FOTO
Hazırda oxunan: Şəhid xanımı illər sonra həyat yoldaşının məzarı başında - FOTO
Hazırda oxunan: Şəhid xanımı illər sonra həyat yoldaşının məzarı başında - FOTO
80809
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.