"Bu günə qədər “YAŞAT” Fondu 176 şəxsi Türkiyəyə müalicəyə göndərib, onlardan 171-i ağır yaralı, 5-i isə şəhid ailəsi üzvüdür".
Bizim.Media xəbər verir ki, bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.
Onun sözlərinə görə, müalicə alanlardan 148-i ölkəyə geri qayıdıb və hazırda 26 ağır yaralının və 2 şəhid ailəsi üzvünün müalicəsi Türkiyədə davam edir:
“Ümumilikdə keçən müddət ərzində müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 4 907 və yaralıların 4 483 müraciəti olmaqla ümumilikdə 9 390 müraciət təmin edilib".
O qeyd edib ki, Fondunun dəstəyi ilə ölkəyə gətirilən türkiyəli həkimlər 150-dən çox yaralını müayinə edib:
"Ötən il İsraildən gələn hərbi xəsarətlərin müalicə edilməsi üzrə ixtisaslaşmış 8 mütəxəssis qeydiyyatı aparılan ağır göz problemləri olan 148 nəfəri müayinə edib. Müayinə nəticəsinə 30 nəfər əməliyyat edilib, əməliyyat nəticəsində 2 nəfərin görmə qabiliyyəti bərpa olunub”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:58 / 24.06.2022
Türkiyəyə müalicəyə göndərilən qazilərin sayı açıqlandı
Hazırda oxunan: Türkiyəyə müalicəyə göndərilən qazilərin sayı açıqlandı
Hazırda oxunan: Türkiyəyə müalicəyə göndərilən qazilərin sayı açıqlandı
80775
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.