Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə Prezidentin aylıq təqaüdünün, müavinət və pensiyaların təyinatı işləri davam edir.
Bizim.Media-ya nazirlikdən verilən məlumata görə, fond artıq 1100-dən çox şəhidin 2700-dən çox ailə üzvünə həmin sosial təminat növləri üzrə sosial ödənişlərin təyinatını həyata keçirib.
Hazırda da davam edən proses şəhid ailələrinin üzvlərinin heç bir müraciəti olmadan, elektron qaydada, proaktiv şəkildə aparılır.
Aparılmış təyinatlar barədə şəhid ailələri məlumatlandırılır.
Nazirliyin vəzifəli şəxslərinin şəhid ailələri ilə mütəmadi görüşləri də davam edir.
Bir çox hallarda bu görüşlər zamanı təqaüd kartları şəhid ailələrinə elə öz ünvanlarında təqdim edilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:44 / 11.01.2021
Nazirlikdən şəhid ailələrinin sosial təminatı ilə bağlı açıqlama
Hazırda oxunan: Nazirlikdən şəhid ailələrinin sosial təminatı ilə bağlı açıqlama
Hazırda oxunan: Nazirlikdən şəhid ailələrinin sosial təminatı ilə bağlı açıqlama
8077
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.