Dönərxanalarda yoxlama aparıldı – Cərimələnənlər var 

Hazırda oxunan: Dönərxanalarda yoxlama aparıldı – Cərimələnənlər var 

80761

Qida Təhlükəsizliyi Agentliyi dönər istehsalı və satışı ilə məşğul olan müəssisələrdə yoxlama həyata keçirib. 

Bizim.Media quruma istinadən xəbər verir ki, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi üzrə aparılan nəzarət tədbirləri çərçivəsində Agentlik tərəfindən 1 may - 22 iyun tarixlərində ümumilikdə dönər istehsalı və satışı ilə məşğul olan 9 müəssisədə yoxlama həyata keçirilib. 

Yoxlamalar zamanı sahibkarlar tərəfindən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət olunmadığı müəyyən edilib.

Belə ki, 9 müəssisədə sanitariya-gigiyena norma və qaydalarına əməl edilməməsi, 3 müəssisədə məhsulların saxlanması zamanı mal qonşuluğu qaydalarının və temperatur rejiminin pozulması, 1 müəssisədə isə məhsulun etiketlənməsinə dair tələblərə riayət olunmaması faktı aşkarlanıb. 
Aşkar edilmiş nöqsanlarla əlaqədar sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, inzibati xəta haqqında protokol tərtib olunmaqla cərimə tətbiq edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin