Zeynəb Xanlarovanın bacısı oğlu məhkəmə qarşısında

Hazırda oxunan: Zeynəb Xanlarovanın bacısı oğlu məhkəmə qarşısında

80756

Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov, onunla birlikdə mühakimə olunan Eldar Mirzəyev, Zəfər Abdulov, Çingiz Səfərov və sabiq icra nümayəndəsi Rahil Babayevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.  

Bizim.Media xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərin anket məlumatları, daha sonra apellyasiya şikayətlərinin dəlilləri müəyyən edilib.  

Məhkəmə baxış iclası iyulun 4-nə təyin edilib.  

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Çingiz Səfərov 3 il 6 ay, Rahil Babayev 2 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, polisin nəzarəti altına verilmiş Daşqın Nəsirova 5 il 6 ay şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.  

Bundan başqa, ev dustaqlığında olan Eldar Mirzəyevlə Zəfər Abdulovun hər birinə isə 1 il 6 ay sınaq müddəti olmaqla 3 il şərti cəza təyin olunub.  

Qeyd edək ki, Türkan qəsəbə sakinləri Xumara Şabanova və Əzizxanım Atayevaya məxsus torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla qanunsuz satılması faktı ilə bağlı prokurorluq orqanları tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanıb. 
Aparılmış istintaqla fərdi qaydada torpaq alqı-satqısı ilə məşğul olan Çingiz Səfərov, Qərib Nadirov və Daşqın Nəsirovun təhriki ilə Xəzər rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə sabiq nümayəndəsi Rahil Babayev və bələdiyyənin sabiq sədri Mehman Ağayevin, eləcə də ləğv edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulovun, sabiq rəis müavini Eldar Mirzəyevlə qabaqcadan əlbir olub öz qulluq səlahiyyətlərindən sui-istifadə edib paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində dəniz sahilində yerləşən ümumilikdə 1.12 ha ölçüdə, 190 min manat dəyərində torpaq sahəsinin ayrı-ayrı şəxslərin qanunsuz mülkiyyətinə vermələrinə əsaslı şübhələr müəyyən edilib. 

Eldar Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin