Şəhid ailələrinə qarşı dələduzluq edən şəxs məhkəmə qarşısında  

Hazırda oxunan: Şəhid ailələrinə qarşı dələduzluq edən şəxs məhkəmə qarşısında  

80740

Şəhid ailələrinə qarşı dələduzluqda ittiham olunan Fərid Abdinovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş araşdırılması üçün hakim Cavid Hüseynovun icraatına verilib. Yaxın günlərdə məhkəmə prosesi başlayacaq. 

Ittihama görə, vətəndaşlar Ülkər Əsədova, Kəmalə İsmayılova və Ellan Eynullayev Daxili İşlər Nazirliyinə müraciət edib. Onlar Bakı şəhər sakini Fərid Abdinovun onlara müxtəlif vədlər verərək etibarlarından sui-istifadə etməklə külli miqdarda pul vəsaitlərini ələ keçirdiyini bildiriblər. 
Vətəndaşların şikayətləri araşdırılıb və onların Fərid Abdinov barədə qeyd etdikləri qanunsuz əməllər təsdiqini tapıb. Müəyyən edilib ki, Fərid Abdinov dələduzluq yolu ilə zərərçəkənlərin ümumilikdə 178 min manat pulunu ələ keçirib. 

Fərid Abdinov şəhid ailələrini aldadaraq, onlardan pul alması müəyyən edilib.  

Şəhidlərimizin həyat yoldaşlarından müxtəlif məbləğlərdə pul alıb, onların külli miqdar vəsaitlərini ələ keçirib. Bundan başqa, MİDA-dan mənzil almağa kömək edəcəyini vəd edib, bir vətəndaşdan 18000 manat alıb. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin