Biləsuvar rayonunda toy məclisində düşən dava nəticəsində 2 nəfər xəsarət alıb.
Bizim.Media-nın cənub bürosu xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində yerləşən şadlıq saraylarından birində baş verib.
Toyda iştirak edən Cəlilabad rayonu Üçtəpə kənd sakinləri - 1984-ci il təvəllüdlü Əli Əliyev ilə 1977-ci il təvəllüdlü Anar Məmmədov arasında dava olub.
Daha sonra onlar şadlıq sarayının pəncərəsindən yerə yıxılıblar. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu.
- A-
- A
- A+
Cəmiyyət
09:15 / 24.06.2022
Biləsuvarda toyda DAVA – Yaralananlar var – ÖZƏL
Hazırda oxunan: Biləsuvarda toyda DAVA – Yaralananlar var – ÖZƏL
Hazırda oxunan: Biləsuvarda toyda DAVA – Yaralananlar var – ÖZƏL
80737
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.