Ölkədə fiskal siyasətin həyata keçirilməsində yaxından iştirak edən notariusların fəaliyyəti nəticəsində tutulmuş vergilər üzrə son illər ərzində dövlət büdcəsinə ümumilikdə 260 milyon manat məbləğində vəsait köçürülüb.
Ədliyyə Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, ötən dövrdə Koronovirusla Mübarizəyə Dəstək Fonduna, hərbçilərimizə, yaralılara və şəhid ailələrinin təminatına dəstək göstərən “YAŞAT” Fonduna, Qarabağ Dirçəliş Fonduna könüllü olaraq ədliyyə işçiləri, hakimlər və notariuslar tərəfindən bütövlükdə 6.6 milyon manatdan çox vəsait ianə edilib.
Qeyd edilib ki, Vətən müharibəsi iştirakçıları ilə bağlı həyata keçirilən sosial dəstək proqramları çərçivəsində 7000 şəhid ailə üzvünə qısa müddətdə vərəsəlik şəhadətnamələri təqdim edilərək, onların sosial ödəmələri vaxtında təmin olunub.
Eyni zamanda xüsusi notariuslar şəhid ailə üzvlərinə qayğılı münasibət göstərilməsi ilə bağlı ölkə başçısının tapşırıqlarına uyğun olaraq Vətən müharibəsinin ilk günlərindən və post-müharibə dövründə şəhid ailələrinə ödənişsiz xidmət göstərirlər.
Bu xidmətlərə görə notariuslar vətəndaşlıq mövqeyindən çıxış edərək öz hesabına dövlət büdcəsinə il ərzində təxminən 100 min manat məbləğində vəsait köçürürlər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:17 / 24.06.2022
Şəhid ailəsi üzvlərinə vərəsəlik şəhadətnamələri verildi
Hazırda oxunan: Şəhid ailəsi üzvlərinə vərəsəlik şəhadətnamələri verildi
Hazırda oxunan: Şəhid ailəsi üzvlərinə vərəsəlik şəhadətnamələri verildi
80723
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.