AKTA-nın tərəfdaşlığı ilə “Bakı Kibertəhlükəsizlik Forumu” keçirildi

Hazırda oxunan: AKTA-nın tərəfdaşlığı ilə “Bakı Kibertəhlükəsizlik Forumu” keçirildi

80692

Bu gün “JW Marriott Absheron” otelində “Bakı Kibertəhlükəsizlik Forumu” keçirilib. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının xüsusi tərəfdaş kimi çıxış etdiyi Forum, “Palo Alto Networks” şirkətinin distribyutor dəstəyi ilə baş tutub.

“Palo Alto Networks” şirkəti dünuya bazarında yeni nəsil korporativ təhlükəsizlik həllərinin aparıcı təchizatçısı hesab olunur.

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən bir sıra şirkət və mütəxəssislərin iştirak etdiyi forum çərçivəsində IT infrastrukturunda dəyişikliklər, kadr çatışmazlığı və CISO, şəbəkə və bulud infrastrukturun qorunması, infrastrukturun və məlumatların qorunması üçün səmərəli həllər və bu kimi digər məsələlər haqqında fikir mübadiləsi aparılıb. 

Forumda iştirakçılara “Palo Alto Networks” şirkətinin rəsmiləri tərəfindən kibertəhlükəsizlik sahəsi ilə bağlı yeni trendlər, o cümlədən CXO Challenge, STRATA NGFW, CORTEX, Prisma SASE və onlardan istifadə imkanları barədə ətraflı məlumat verilib. Bu istiqamətdə fəaliyyət göstərən mütəxəssislər arasında əlaqələrin inkişaf etdirilməsinin və şəbəkələşmənin zəruriliyi vurğulanıb.
Forumda çıxış edən AKTA-nın İdarə heyəti sədri Rahid Ələkbərli Azərbaycandakı kibertəhlükəsizlik mühiti və qarşıda görülməli olan işlər barəsində iştirakçıları məlumatlandırıb.

O, kibertəhlükəsizlik sahəsində maarifləndirici tədbirlərin həyata keçirilməsinin və savadlılığın artırılmasının Assosiasiyanın əsas hədəfləri sırasında olduğunu qeyd edib. 

Qeyd edək ki, Assosiasiya 22 fevral 2022-ci il tarixində təsis edilən Azərbaycan Kibertəhsükəsizlik Təşkilatları Assosiasiyası informasiya kommunikasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislərin, şirkət və təşkilatların vahid platforması, gələcəyə təhlükəsiz baxışın təminatçısıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin