Qanunsuz balıq ovu ilə məşğul olanlar saxlanıldı

Hazırda oxunan: Qanunsuz balıq ovu ilə məşğul olanlar saxlanıldı

80674

Su polisləri tərəfindən körpə balıqları qanunsuz olaraq ovlayan şəxslərə qarşı uğurlu tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, onların mühərriklə təchiz edilmiş qayıqlarına baxış zamanı 161 ədəd müxtəlif növ körpə balıq və digər ləvazimatlar aşkar olunaraq götürülüb.  

Qeyd edək ki, həvəskar balıqçılıqla məşğul olan şəxslərə 5 kiloqramdan artıq balıq tutmaq qanunla qadağandır.

Amma bəzi şəxslər həvəskar balıqçı adından sui-istifadə edərək su hövzələrində xüsusən körpə balıq ovu ilə məşğul olurlar.  
Bununla yanaşı, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq balıqçılıqla məşğul olan, xüsusən də nərəcinsli balıqların ovlanmasını həyata keçirən, Xəzər dənizi vasitəsi ilə qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələri gətirməyə çalışan, eləcə də adı “Qırmızı Kitab”a düşən quşların ovlanması və digər ekoloji cinayətlər törədən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin