Ağcaqanad öldürmək PULLUDUR? - Səhiyyə Nazirliyindən rəsmi AÇIQLAMA

Hazırda oxunan: Ağcaqanad öldürmək PULLUDUR? - Səhiyyə Nazirliyindən rəsmi AÇIQLAMA

80614

Ölkə ərazisinin əksər hissəsinin iqlim şəraiti ilin isti aylarında iri və xırda su durğunluqları olan yaşayış ərazilərində, zirzəmilərdə və digər bu kimi yerlərdə ağcaqanadların artıb-çoxalmasına əlverişli şərait yaradır. Belə bir şəraitdə ağcaqanadlara qarşı tədbirlərin həyata keçirilməsi və insanların qorunmasının ən səmərəli üsullarından biri ilk növbədə onların artıb-çoxalmasının qarşısının alınmasıdır. 

Ağcaqanad dişləməsindən qorunmaq üçün əksəriyyət qapı və pəncərələrini torlarla qoruyur. Kimi isə kəskin iyi ilə onları qorxudan qovucu repellentlərdən istifadə edir. 
 

MÖVZU İLƏ BAĞLI:

Ağcaqanad dişlədiyi zaman nə etmək lazımdır?


Bəs yaşayış ərazilərində ağcaqanadların və digər həşəratların artıb çoxalmasının qarşısını almaq üçün aidiyyatı qurumlar tərəfindən hansı tədbirlər görülür?

Səhiyyə Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, ağcaqanad və bu kimi həşəratların çoxalmasının qarşısını almaq məqsədi ilə profilaktik dezinfeksiya işləri aparılır:
“Gigiyena və epidemiologiya mərkəzlərinin təsərrüfat hesablı xüsusiləşdirilmiş dezinfeksiya xidmətləri ilə müqavilə bağlayan idarə, müəssisə və təşkilatlarda  profilaktik dezinseksiya tədbirləri mütamadi olaraq həyata keçirilir”. 

Nazirlikdən o da bildirilib ki, ağcaqanadlarla, həşəratlarla effektli mübarizə təkcə bizdən asılı deyil, bunun üçün digər təşkilatlar da səy göstərməlidir: 

“Bunun üçün ilk növbədə yaşayış ərazilərində hidrotexniki tədbirlər görülməli, iri və xırda su durğunluqları qurudulmalı, yaşayış əraziləri, binaların zirzəmiləri və digər qeyri-yaşayış sahələri təmiz saxlanılmalıdır.

Mənzil-kommunal təsərrüfat idarələri, digər idarə, müəssisə və təşkilatlar tərəfindən gigiyena və epidemiologiya mərkəzlərinin təsərrüfat hesablı xüsusiləşdirilmiş dezinfeksiya xidmətləri ilə müqavilə əsasında profilaktik dezinseksiya tədbirləri həyata keçirilməlidir.
Kimyəvi tərkibli insektisidlərdən istifadə edilməklə aparılan dezinseksiya tədbirlərinin müvafiq norma və qaydalara uyğun olaraq təhlükəsiz və səmərəli surətdə həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir”, - deyə Səhiyyə Nazirliyindən bildirilib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin