Fəzail Ağamalı ƏSƏBİLƏŞDİ: “Söhbət gilasdan yox, ümumi bahalaşmadan gedir”

Hazırda oxunan: Fəzail Ağamalı ƏSƏBİLƏŞDİ: “Söhbət gilasdan yox, ümumi bahalaşmadan gedir”

80606

Millət vəkili Fəzail Ağamalının mövsümi meyvələrin bahalığı ilə bağlı açıqlaması ciddi müzakirələrə səbəb olub. Deputatın bazar qiymətlərinin fantastik olması səbəbindən özünün də mövsümi meyvələri ala bilmədiyini deməsi ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Sosial şəbəkələrdə məsələyə fərqli  şərhlər gəlib. Maraq doğuran şərhlərdən biri isə Salyandan hər həftə Fəzail Ağamalıya seçiciləri tərəfindən mövsümi meyvələrin göndərilməsi olub. 

Bizim.Media-ya açıqlamasında Fəzail Ağamalı növbəti də əsəbiləşib. Salyandan heç bir pay almadığını vurğulayan deputat ona qarşı şər-böhtan atıldığını dilə gətirib
 

MÖVZU İLƏ BAĞLI:

"Mən gilas ala bilmirəm, 8-10 manatdır" - Deputatdan qiymət artımına etiraz


“Birincisi, mən gilasdan yox, ümumi mövsümü meyvələrin bahalaşmasından danışmışam. İkincisi isə Salyandan meyvə almıram və ona ehtiyacım da yoxdur Əksinə, özüm seçicilərimə kömək edirəm. Onu deyən çox böyük səhv edir. Yalan danışırlar.

Yenə boş-boş danışmağa başlayıblar və Fəzail Ağamalını hədəfə götürüblər. Böhtandır. Bu şər və böhtanla hara qədər gedəcəklər? Anti-Azərbaycan qüvvələri bu gün Fəzail Ağamalı kimi insanları linç edir. Bir söz deyirsən, onu 50 yerə yozub, linç eləməyə çalışırlar. Bu cür şərəfsiz böhtanlara son qoymaq lazımdır”, deyə deputat qeyd edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin