Beyləqanda zəhərlənənlərin vəziyyəti açıqlanıb – YENİLƏNİB 

Hazırda oxunan: Beyləqanda zəhərlənənlərin vəziyyəti açıqlanıb – YENİLƏNİB 

80571

Beyləqanda zəhərlənmə ilə xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti stabildir. 

Bunu Bizim.Media-ya açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Mərkəzinin (TƏBİB) Mətbuat katibi Zamirə Ədilova deyib. 

O bildirib ki, həmin şəxslər hazırda stasionar nəzarətdədir: "Vəziyyətləri stabildir, gün ərzində həmin şəxslər ambulator müalicə üçün evə buraxılacaqlar".

***09.23

Beyləqanda pambıqdan kütləvi zəhərlənmə olub. 

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, pambıq yığımı ilə məşğul olan 15 rayon sakini zəhərlənmə diaqnozu ilə Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Onlardan ikisi huşsuz vəziyyətdə xəstəxanaya daxil olub. İlkin müayinələr aparılıb. Vəziyyətləri kafidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin