Fəzail Ağamalı: “Rayonları deyə bilmərəm, Bakıda bazar qiymətləri bahadır"

Hazırda oxunan: Fəzail Ağamalı: “Rayonları deyə bilmərəm, Bakıda bazar qiymətləri bahadır"

80532

"Yüksək əmək haqqı alan bir insan kimi etiraf edim ki, mən imkan edib yeni çıxan meyvələrdən ala bilməmişəm".

Bizim.Media xəbər verir ki, bu barədə mövsüm meyvələrinin bahalığı haqda danışan millət vəkili Fəzail Ağamalı deyib.

Millət vəkili "Axar.az" saytına açıqlamasında bildirib ki, Bakıda bazar qiymətləri fantastik həddədir:
 

MÖVZU İLƏ BAĞLI:

Rusların çox sevdiyi Azərbaycan gilası – Bazara çıxarılan meyvənin məhsuldarlığı...


“Rayonları deyə bilmərəm, amma Bakıda bazar qiymətləri fantastik həddədir. Gilasın qiyməti 8-10 manat aralığında dəyişir. Belə şey olar?!”, - deyə deputat bildirib.

O bildirib ki, bazarda qiymətlərə müdaxilə etmək imkanları olmadığı üçün təəssüf edir: 

“Bu gün tək meyvə deyil, bütün ərzaq məhsullarında bahalaşma var. Vaxtilə 1 manata aldığım təndir çörəyini dünən 1.50 manata aldım. Düzdür, dünyada qiymət artımı çox sürətlə gedir. Azərbaycan da dünyadan təcrid olunmuş vəziyyətdə deyil. Amma təəssüflər olsun ki, Azərbaycanda istehsal olunan məhsullarda belə möhtəkirlərin insanların əzabı üzərində çox pul qazanmaq kimi eybəcər istəklərini görürük. Bununla bağlı müvafiq qurumlar hərəkətə keçməlidirlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin