Sürücülər avtomobillərin sığortasından niyə yayınır?

Hazırda oxunan: Sürücülər avtomobillərin sığortasından niyə yayınır?

80490
Təkliflər hazırlanıb.

İcbari Sığorta Bürosu (İSB)tərəfindən avtomobillərin icbari sığortasından yayınma hallarının aradan qaldırılması ilə bağlı təkliflər hazırlanıb.

Bu sözləri sığorta bazarı üzrə mütəxəssis Xəyal Məmmədxanlı bildirib. Onun sözlərinə görə, İSB məsələ ilə bağlı müəyyən təkliflər hazırlayıb:

“Büro bu məsələdən yayıyan sürücülərə qarşı 50 manat cərimə müəyyən edilməsini təklif etmişdi. Hazırda İSB avtomobillərin icbari sığortasından yayınan sürücülərin avtomobillərinin cərimə meydançasına aparılaraq, yol hərəkətindən kənarlaşdırılmasını təklif edir”x9d.

X. Məmmədxanlı bildirir ki, belə təklifin olması əslində müsbətdir:

“Statistika göstərir ki, Azərbaycanda avtomobillərin 45%-ə yaxını sığortasız hərəkətedir. Sığortası olmayan bir avtomobilin yolda hərəkət etməsi o deməkdir ki, hər hansı 3-cü bir şəxsə zərər vursa, onun zərərinin əvəzinin ödənilib-ödənilməməsi taleyin hökmünə qalır”x9d.

Mütəxəssis onu da əlavə edir ki, büronun bu təklifinin reallaşması üçün Yol hərəkəti haqqında və İnzibatı Xətalar Məcəlləsinə dəyişiklik edilməsi lazımdır.

“Azərbaycanda bu məsələlər İnzibati Xətalar Məcəlləsinin 406 və 406.1 və 253-cü maddələri ilə tənzimlənir. 406.1 madəddə konkret olaraq hansı hallarda fiziki şəxsin avtomobiliin idarə edilməsindən kənarlaşdırıla bilər halları sadalanıb.Bu maddədə müxtəlif hallar göstərilsə də,  sığorta şəhadətnaməsinin olmaması faktı yoxdur”x9d-deyə, o qeyd edib.

Qeyd edək ki, məsələ Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcbari sığorta komitəsinin də diqqətindədir.

Bununla bağlı çərşənbə axşamı komitənin iclasında qərara alınıb ki, komitə üzvləri tərəfindən qısa zamanda beynəlxalq təcrübə öyrənilməklə təkliflər hazırlanıb ASA-ya təqdim edilsin.(oxu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin