Cəlilabad rayonu ərazisində yanğın hadisəsi qeydə alınıb
Rayonun Sabirabad kəndində 1-1,5 ha taxıl sahəsi yanıb. Yanğını ərazidən keçən elektrik naqillərinin qısaqapanmasından baş verib. Hadisə yerinə Cəlilabad rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub.
Yanğının söndürülməsi üçün işlər davam etdirilir.(qafqazinfo)




































































































