“Ermənilərin bayrağının Bakıda qaldırılmasına öz etirazımızı edəcəyik”x9d.
Bu fikri Hafta.az-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib. O bildirib ki, Birinci Avropa Oyunları ərəfəsində ermənilərin Bakıya gəlişindən narahatdırlar:
“Biz əvvəlcədən demişdik ki, ermənilər bu oyunda iştirak etməsinlər. Lakin bu belə olmadı. Onlar oyuna qatılacaqlar. İndi isə onların bayrağının qaldırılması və digər bu kimi faktlar ortaya çıxır. Onların Bakıda tədbirə qatılması yol verilməzdir. Bizim mövqeyimiz birmənalıdır ki, Bakıda erməni bayrağı qaldırılmamalıdır. Bayraqların qaldırıldığı yerin ciddi şəkildə mühafizə olunmağını bilsək də, imkan tapıb hər hansı formada etirazımızı bildirəcəyik”x9d.


































































































