Azərbaycanda tələbə bədbəxt hadisə nəticəsində öldü

Hazırda oxunan: Azərbaycanda tələbə bədbəxt hadisə nəticəsində öldü

80395

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin sonuncu kurs tələbəsi Səfər Niftaliyev bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı BDU-nun Mətbuat Xidməti yayıb. 

Mənbə yazır ki, dənizdə batan Səfər Niftaliyevin meyiti bu gün səhər saat 5 radələrində tapılaraq ailəsinə təhvil verilib. O, kollecin Tələbə Gənclər Təşkilatının sədr müavini və çox aktiv tələbə olub.

BDU tələbənin vaxtsız vəfatından kədərləndiyini bildirib və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin