Nazirlər Kabinetinin “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2018-ci il 16 may tarixli 220 nömrəli Qərarında dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə görə, İnstitutun əldə etdiyi vəsaitdən “Dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən vəsaitdən (o cümlədən tutulan xidmət haqlarından) istifadə Qaydası”na uyğun olaraq Agentliyin əməkdaşlarının vəzifə maaşlarına əlavə və mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:18 / 21.06.2022
Bu şəxslərin vəzifə maaşlarına əlavələr ediləcək - BAŞ NAZİRDƏN QƏRAR
Hazırda oxunan: Bu şəxslərin vəzifə maaşlarına əlavələr ediləcək - BAŞ NAZİRDƏN QƏRAR
Hazırda oxunan: Bu şəxslərin vəzifə maaşlarına əlavələr ediləcək - BAŞ NAZİRDƏN QƏRAR
80343
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.