"Elə bildim ki, daş yağır" - Güclü külək Füzulini iflic elədi

Hazırda oxunan: "Elə bildim ki, daş yağır" - Güclü külək Füzulini iflic elədi

80324

Moderator.az-ın verdiyi xəbərə görə, Qarabağ bölgəsində yenə güclü külək əsib. Bu dəfə külək Füzuli rayonu ərazisində, məcburi köçkünlərin məskunlaşdığı "Qayıdış 4" qəsəbəsində fəsadlar törədib. Külək yaşayış evlərinin və yardımçı tikililərin dam örtüklərini, eləcə də  onlarla ağacı kökündən qoparıb.  

Elektrik naqillərinin qırılması nəticəsində uzun müddət qəsəbəyə enerjinin verilməsində fasilə yaranıb. Qəsəbənin kommunal xidmətləri, demək olar kı, işləməyib. Sakinlərdən xəsarət alan olmayıb. 

Əzizə Mahmudova - zərərçəkən: "İldırım çaxırdı, qalxdım ki, görüm nədir. Elə bildim ki, evin üstünə daş yağır. Sonra yoldaşım dedi ki, daş deyil, evin damını uçurur külək".

Afiq Xuduyev - zərərçəkən: "Külək burulğan kimi evlərin damını uçurub metrlərlə uzağa apardı. Toku-zadı hamısını qırıb-töküb yerə".

Küləyin vurduğu ziyan rayon fövqəladə hallar komissiyası tərəfindən araşdırılır. (Region TV)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin