“Şairlərimizin sayı qədər tank və təyyarəçilərimiz olsaydı...”x9d

Hazırda oxunan: “Şairlərimizin sayı qədər tank və təyyarəçilərimiz olsaydı...”x9d

80317

Tanınmış təhsil eksperti, əməkdar elm xadimi, professor Şahlar Əsgərov Moderator.az-a İslam dünyasının Qərbə elmdə uduzmasının səbəblərini göstərən maraqlı analitik məqalə göndərib. Onu hissə -hissə oxuculara təqdim edirik:

Əvvəli bu linkdə---moderator.az/index.php?xeber=80192

                                               


Fərrux Səlimin çağırışı...


Müsəlman Şərqində elmin bugünki vəziyyəti tək alimləri yox, cəmiyyətin qabaqcıl ziyalılarını da düşündürür. Beş il öncə dostlardan biri elektron poçtla mənə pakistanlı jurnalist Fərrux Səlimin “Ayılın!”x9d araşdırmasının nəticələrini göndərmişdi. Nəticələr çox acınacaqlı vəziyyətdən xəbər verirdi. Çünki tarixi geriləmənin nəticələri faktların dili ilə aydın göstərilirdi. “Ayılın!”x9d ”“dan  bir neçə tezisini diqqətinizə  çatdırıram:

  • Əhalisi 1,4 milyard olan müsəlman dünyası təqribən 10 Nobel mükafatı alıb, ancaq əhalisi 13-16 milyon olan yəhudilər 180 ”“dan çox;
  • Xristian əhalisi üstünlük təşkil edən ölkələrdə əhalinin 40 % ali məktəblərdə təhsil alır, müsəlman ölkələrində isə bu göstərici təqibən 2%-dir ;
  • Müsəlman ölkələri orta hesabla ÜDM- un 0,2 % -ni, xristian dünyası isə 5 %-ni elmə və inkişafa sərf edirlər;
  • İslam coğrafiyasında 1 mln əhaliyə 230 nəfər alim düşür. ABŞ-da isə 1 mln əhaliyə 5000 alim düşür;
  • Pakistanda hər 1000 nəfər əhaliyə 23 gündəlik qəzet, Sinqapurda 460 qəzet düşür və s. və bunun kimi.
  • Pakistanda yüksək texnoloji məhsulun eksportu  ümumi eksportun cəmi 0.9% təşkil edir. Bu göstərici aparıcı ərəb ölkələrində 0.2-0,3%-dir. Ancaq Sinqapurda ekspotrda yüksək texnologiyanın payı 68% -dır.

Bu çür arqumentləri təhlil edərək Səlim Fərrux üç acı və ağır nəticəyə gəlir:

1. Müsəlmanlar elmi bilik istehsal edə bilmirlər;

2. Müsəlmanlar elmi bilikləri yaya bilmirlər;

3. Müsəlmanlar elmi bilikləri tətbiq edə bilmirlər.

Bu ümumiləşmələr o ölkələrə aiddir ki, onlara Hz.Muhəmmədin nəsihəti belədir:  “Mənim ümmətimdən hər bir ağıl sahibinə bu dörd şey vacibdir: elmi eşitmək, onu öyrənmək, yaymaq və ona əməl etmək”x9d.

Xəcalət tərimizi silmək üçün Səlim Fərrux “Ayılın”x9d məqaləsinin sonunda müsəlman əhaliyə müraciət edir:                         

“Öyrənin və uşaqlarınızı öyrədin, bilikləri yayın, ədəbsizlikliyə güzəştə getməyin, uşaqlarınızın təhsilinin keyfiyyətini diqqətdə saxlayın (və Allah xatirinə uşağınızın təhsil almasına kömək üçün şəxsi əlaqələrinizdən, pulunuzdan istifadə etməyin: onları təhsil almada müstəqil və namuslu əməyə öyrədin). Biz dünyanın ən çoxsaylı, ən güclü  toplumlarından biriyik. Bizə lazım olan ancaq budur: öz səhvlərimizi və zəifliyimizi etiraf edək. Bizim qələbəmizin təminatı bizim biliyimizdə və yaradıcılığımızdadır”x9d.

M.Ə.Rəsulzadənin təvəqqisi

Məmməd Əmin Rəsulzadə də  102 il öncə ”x9dŞərq-Rus”x9d qəzetinin 2 may 1903-cü  sayında  Qafqazın müsəlman əhalisinə çağrış edib:

“Qafqazın müsəlman əhalisindən ümumi, Bakı əhlindən xüsusi təvəqqi edirəm ki, öz uşalarından balaca olan vaxtda elm və tərbiyə kəsb etməkdən başqa bir şey mənzur (məqsəd) tutmasınlar”x9d.  M.Ə.Rəsulzadə böyüklük, ağsaqqallıq edərək bizlərə doğru yol gösərərək təvəqqi edir ki, uşaqlarınıza təhsil verin. Amma hələ biz ayılmamışıq, uşaqlarımıza pulla qiymət yazdırırıq.    

M.Ə. Rəsulzadə iki həftə sonra həmin qəzetin 15 may sayında keçmişə yox, gələcəyə baxmağa üstünlük verir: 

“Bəli bir para əhli ”“ mariflərimiz yeri düşəndə köhnə islam mədəniyyəti ilə təfaxür edirlər ki, bu hal alim babası ilə fəxr edən cahil nəvənin gülünc halına bənzər”x9d. Yeri gəlmişkən çoxcildli M.Ə.Rəsulzadə irsini bizlərə təqdim edən prof. Şirməmməd Hüseynova öz minnətdarlığımı bildirirəm. Bəli, orta əsirlərdə İslam dünyası dünya elminin mərkəzi olub.  Ancaq indi cahilliyin nəticəsi göz qabağındadır. 

              

Hacı Zeynalabdin Tağıyevin  müraciəti

  “Nağı Şeyxzamanlının xatirələri”x9d kitabında (Bakı, Qartal,1997, səh. 269) yazılır: “Avropada təhsil alan bir qrup tələbə yay tətilində Bakıya qayıdanda, öz himayədarları olan H.Z.Tağıyevi ziyarət edirlər. Gənclərin biri Hacıya müraciət edərək soruşur: “Hacı əfəndi, siz bizdən qeyri-türk ilə evlənməyəcəyimizə dair imza aldınız. Amma ölkəmizdəki məktəblərdə təhsil alan türk qızı yoxdur. Onda ziyalı və təhsilli bir kimsənin cahil bir qızla evlənməsi bilmirəm nə dərəcədə düzgündür?”x9d- sualını verir.

Tələbənin bu sualı elə bil Hacını yuxudan oyadır. O: “övladlarım, çox doğru söyləyirsiniz, əmin olun ki, bu nöqsanımızı da aradan qaldıracağam”x9d- deyir.

Ertəsi gün Qafqazda nəşr olan qəzetlərdə Hacının aşağıdakı məzmunda müraciəti çap olunur: “Qafqaz türklərinin 7-8 yaşları arasındakı qız uşaqlarını aşağıdakı şərtlərlə internat məktəblərinə qəbul edirəm. Bu qız uşaqları on il təhsil aldıqdan sonra öz qızlarım kimi onları evləndirib gələcək həyatlarını təmin edəcəyəm”x9d.                      

                                                                                      İmza: Hacı Zeynalabdin”x9d

 

Beləliklə, ilk “Qızlar seminariyası”x9d keçən əsrin əvvəllərində Bakıda fəaliyyətə başlayır və ölkəmizdə qızların kütləvi təhsil alması prosesinə Hacı tərəfindən start verilir. Şükürlər olsun ki, bu ənənə indi də davam edir. Bu gün fəaliyyət göstərən Qızlar Seminariyası rəhmətlik H.Z. Tağıyevin açdığı seminariyanın mənəvi varisidir.

Bizim yuxarıdakı çağrışlara münasibətimiz qənaətbəxşdirmi? ”“sualına Əhməd Zevaylın “Gələcəyə Addımlar”x9d kitabında cavab  belədir: “Misirdə görüşdüyüm insanların hamısı yeni təhsil sisteminin zəruriliyindən danışır, lakin onun nə üçün lazım olduğu və onu necə yaratmaq barədə vahid təsəvvür yoxdur”x9d.  Başqa sözlə, təhsil müsəlman dünyasında hələ dərk edilməmiş həqiqətdir.

Bu deyilənlərdən belə nəticəyə gəlmək olar ki, müsəlman dünyasında elm axıra kimi dərk edilməmiş həqiqətdir. Əgər zəifliyimizi etiraf etməsək  və bu  səhvləri, nöqsanları  aradan qaldırmasaq, xəcalət tərimizi silə bilməyəcəyik. Əksinə, tərimizin üstə əlavə tər gələcək. Problemin həllinin yarısı onun qəbul edilməsidir. Hələ ki, düşüncəmiz səhvimizi etiraf etməyə imkan vermir. Dünya elm səhnəsində yerimizi, koordinatlarıızı  düzgün müəyyənləşdirməliyik ki, sonra dünya elm mərkəzinə tərəf irəliləyək.     

Abdüs Səlamın və Əhməd Zevaylın fikirlərini cəmləşdirsək belə nəticəyə gəlmək olar ki, müsəlman Şərqində elmin durumu arzuolunan səviyyədə deyil. Hər iki dahi əsas səbəb kimi universitetlərin elm və texniki fakultələrdə oxuyan tələbələrin sayının azlığında və təhsilin keyfiyyətində görürlər.

 Şair xalq

 Güman edirəm ki, bizi zorən “şair xalq”x9d ediblər. Axı 100 şair ilə bir çayın üstündə bir korpü salmaq olmaz. Ancaq 1 mühəhdis 10 fəhlə ilə salmaq olmaz. Cəmiyyətin emosional ehtiyaclarını təmin etmək üçün ona şair  də, şer də lazımdır, amma ölçü daxilində. Bizim mətbuatın yazdığına görə, o boyda ABŞ-da cəmi 15 şair var... Biz də isə 100 dəfə ondan çoxdur. Şairlərimizin sayı qədər əgər tank və təyyarəçilərimiz olsaydı, Qarabağ problemi tez həll olunardı. Azərbaycan Yazıçılar Birliyinin bir görəvlisinə sual verirlər ki, bu qədər şairə nə ehtiyac var? "Onları birliyə qəbul etməsəydik çoxu oğru olardı" cavabını alır. Şairliyi sənətə çevirmək-qüsurlu düşüncədir, şairlik hobbi olmalıdır.

 

Elmdə geriliyin səbəbləri

Hər qab içinə bir şey qoyduqca daralır. Ancaq elm qabı istisnadır: o, elmlə doulduqca genişlənir. 

                                                                                                                          Hz.Əli

Elm və təhsildə geriliyin digər səbəbləri də çoxdur. İslam coğrafiyasının bir parçası kimi biz də bu qüsurlardan xali deyilik. 

Dövrün səciyyəsini düzgün müəyyənləşdirə bilmirik. Keşən əsrlərdə dünya atom erasını, sənayeləşmə erasını yaşadı. Biz bu proseslərin böyründən keçdik. Dövrün fəlsəfəsini vaxtında müəyyən edə bilmirik. Dahi insanlar, həqiqi filosoflar yaşam fəlsəfəsini, dövrün səciyyəsi düzgün müəyyənləşdirirlər. Necə ki, zamanında Atatürk  demişdir: ”x9distiqrarımız səmadadır”x9d. Əgər böyük öndərin ardıcılları onun düz başa düşsəydilər, indi Türkiyə “kosmos klubunun”x9d üzvü olardı.  Çalışmaq lazımdır ki, elm-texnologiya erasından bəhrələnək, böyründən keçməyək. Bir daha qeyd edim ki, dövrümüz elmlə və təhsillə səciyələnir. Yəni dövləti fəaliyyətin əsas prinsipi- paradiqması kimi elm, təhsil və texnologiya önə çıxır.

Müasir dövr üçün elmdə geriliyin başlıca səbəblərini Əhməd Zevayl  təhsil, idarəetmə və hüquq sahələrində olan boşluqlarda görür. Bu siyasi diaqnoz bütün müsəlman dövlətləri üçün demək olar ki, xarakterikdir.  

                                                                               Təhsil

Ardı var...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin