Pənah Hüseyndən 22 il əvvəlki məşum tarix barədə maraqlı mövqe; Müsavat Partiyasının qiyamdan bir gün sonra verdiyi bəyanatda nələr yazılmışdı?
Bu gün 1993-cü ilin 4 iyununda baş ve rən qiyamın ildönümüdür.xa0
22 il əvvəl Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun rəhbərlik etdiyi qiyam Əbülfəz Elçibəy iqtidarına qarşı olsa da əslində bu qiyam Azərbaycanın taleyini dəyişən məşum bir hadisəyə çevrildi.
Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinə qarşı həyata keçirilən, Milli Qvardiyanın ondan artıq əsgərinin qətlə yetirilməsi və nəhayət, hakimiyyətin devrilməsi, bir qədər sonra isə Yeni Azərbaycan Partiyasının hakimiyyətə gəlməsi ilə nəticələnən hərbi qiyamla bağlı suallar illər keçsə də, bu gün də cavabını axtarır.xa0
Siyasətçilər, AXC iqtidarında təmsil olunanlar 4 iyun qiyamı barədə indiyə qədər müxtəlif yanaşmalar ortaya qoyublar, mülahizələr irəli sürüblər, obyektiv və subyektiv fikirlər səsləndiriblər.xa0
Onu da qeyd edək ki, hər il 4 iyun qiyamının ildönümü günlərində hazırkı iqtidar həmin hadisələrdən o zamankı hakimiyyətə-indiki müxalifətə qarşı böyük təbliğat kampaniyası həyata keçirir. Telekanallarda silsilə verilişlər təşkil edilir. Lakin nədənsə son günlər bu “ənənənin”x9d pozulduğu müşahidə edilir. Hələ ki 4 iyun qiyamı mövzusunda əvvəlki illərdəki kampaniya aparılmır.xa0
4 iyun qiyamı nəticəsində devrilən Əbülfəz Elçibəy iqtidarının baş naziri işləmiş Pənah Hüseyn hesab edir ki, hazırda Avropa Oyunları ilə bağlı ovqat fərqlidir, ola bilsin əvvəlki illərdəki total anti-təbliğat kampaniyasının təşkil edilməməsi bununla bağlıdır: “Prinsipcə, nə ilə bağlı olub-olmamasından asılı olmayaraq, hər halda, 20 il ərzində hər il aparılan kampaniya indi təkrar edilmirsə, pozitiv dəyərləndirilməlidir. Biz həmin tarixi hadisələri cəmiyyətimizin milli maraqlar ətrafında birləşməsi kimi təqdim etsək, bunun əhəmiyyəti olar. Əgər bundan ixtilaf və parçalanma, insanlarımızı bir-birinə qarşı qoymaq üçün istifadə etsək, bu, əlbəttə, nəticə etibarilə zərərə işləyir”x9d.
P.Hüseyn qeyd etdi ki, 22 ildir mövcud olan iqtidarın özünün yaranması həmin hadisələrə gedib çıxır:
xa0“Oradakı rol da əlbəttə ki, birmənalı deyil. Hər halda həmin hadisələr və onun ağır nəticələri bir milli faciə idi. Onun ağır nəticələrini biz indi də hiss edirik. Təəssüf ki, həmin nəticələr tam şəkildə aradan qaldırılmayıb. xa0O hadisələrin həqiqi qiyməti ilk dövrdən məlumdur. Bu, Azərbaycan dövlətçiliyinə, Azərbaycana qarşı təşkil edilən qiyam idi. O qiyam əslində tarixi qiyməti də alıb. Bunun rəsmiləşdirilməsi məsələsi isə şübhəsiz ki, gec-tez bu olacaq. Amma bundan bir qisasçılıq, Elçibəy hakimiyyətinin opponentlərinin istifadə elədiyi mənada parçalanma və ixtilaf üçün istifadə olunması məncə olmayacaq”x9d. xa0 xa0
xa0
“4 iyun qiyamına rəhbərlik edənlər bu 22 il ərzində həqiqi cəzalarını aldılarmı”x9d sualına sabiq baş nazir belə cavab verdi: “Onların bir çoxu bu illər ərzində həyatlarının müəyyən hissəsini həbsxanalarda keçirdilər. Ancaq məhkəmə cəzalarından, fiziki cəzalardan daha ağır cəzalar var-bu millətin şüurunda verilən hökmdür, tarixin hökmüdür və ilahi hökmdür. O baxımdan mən üstündən bu qədər keçdikdən sonra axırıncıları daha mühüm sayıram”x9d.
Dünən isə Müsavat Partiyasının başqan müavini Elman Fəttah 1993-cü ilin 4 iyun hadisələri ilə bağlı qiyamdan bir gün sonra-iyunun 5-də Müsavat Partiyasının yaydığı bəyanatı facebook səhifəsində yerləşdirib. Müsavatın başqanının o dövrdə Milli Məclisin sədri olması və digər amillər sarıdan 22 il sonra həmin bəyanatda nələrin əksini tapdığını görmək yəqin ki, çoxları üçün maraqlıdır.xa0
Bəyanatda deyilir:
xa0“Respublikamız bu günlərdə öz tarixinin ən qorxulu məqamlarından birini yaşayır. Şanlı tarixi ənənələrinə görə haqlı olaraq ikinci paytaxtımız sayılan Gəncədə yuva salmış kənardan idarə olunan qüvvələr Azərbaycan dövlətçiliyi əleyhinə qiyam qaldırmışlar. Həmin qüvvələr düşmən təcavüzünə məruz qalmış, vətənin ağır vəziyyətində heç nə ilə hesablaşmadan öz xırda, xəbis niyyətləri xatirinə milləti parçalamağa, dövləti sarsıtmağa və xarici dövlətlər qarşısında diz çökdürməyə çalışırlar. Bu, imperiyapərəstlərin artıq təcrübədən çıxardıqları ”x9dGürcüstan variantı"nın, yəni vətəndaş müharibəsi yaratmaq təşəbbüslərinin açıq-aydın Azərbaycanda həyata keçirilməsinə xidmət edir... Müsavat Partiyası onu da qeyd etməyi lazım bilir ki, vəziyyətin böhran həddinə çatmasında əlaqədar hökumət orqanları xeyli dərəcədə cavabdehdirlər. Bu işdə dövlət hüquq-mühafizə orqanlarının astagəlliyi, Prezidentin özü də daxil olmaqla bütün səviyyələrdə hakimiyyət dairələrinin tələb olunan anlarda qətiyyətsizliyi öz mənfi rolunu oynamışdır. Tarixin indiki hakimiyyət üzərinə qoyduğu nəhəng məsuliyyəti nəzərə alıb iqtidarın bundan sonra qiyamçı və xəyanətkar qüvvələrə münasibətdə sərt addımlar atacağına ümid bəsləyirik. Biz şübhə etmirik ki, Azərbaycan xalqı onu qardaş qırğınına, vətəndaş müharibəsinə çəkmək istəyən imperiyanın xain nökərlərinə layiqli cavabını verəcək".
Göründüyü kimi, Müsavat Partiyası hakimiyyət orqanlarını da tənqid edib və hakimiyyətdən sərt tədbirlər gözlədiyini açıq şəkildə ortaya qoyubmuş.(musavat.com)





































































































