Yolların vaxtından əvvəl dağılmasına görə niyə heç kim məsuliyyət daşımır? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Yolların vaxtından əvvəl dağılmasına görə niyə heç kim məsuliyyət daşımır? – RƏSMİ AÇIQLAMA

80276

Yol infrastrukturu tikilən zaman baş verən qanun pozuntuları, yeyintilər haqqında ölkə mətbuatı dəfələrlə yazıb. Amma vaxtından əvvəl sıradan çıxan və yenidən külli miqdarda dövlət vəsait ayrılaraq təmir edilən bu yolların günahkarları heç bir məsuliyyətə cəlb edilməyib.

Hələ keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun dövründə 750 milyon dollardan çox vəsait hesabına tikilən Bakı-Quba yolu da təmirə, əslində yenidən qurulmaya dayandırılıb. 

Bakı-Quba yolunun müəmması nədir? Niyə yol təmir-bərpadan "canını qutara bilmir?"
 

MÖVZU İLƏ BAĞLI:

“Bakı-Quba yolu az qala kütləvi qırğın yerinə çevrilib” - EKSPERT


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məsələyə bu cür yanaşmağın tərəfdarı deyil:

"Səslənən iddialar əssasızdır. Hər hansı yolun müəyyən hissəsinin üzərindən qısa müddət keçəndən sonra təmir olunması həmin yolun keyfiyyətsiz olması anlamına gəlmir. Bütün tikinti materialları keyfiyyətli, beynəlxalq standartlara uyğundur".

Anar Nəcəfli həmçinin bildirib ki, yolun tikintisi üçün istifadə olunan materialların yoxlanışı təkcə Azərbaycan avtomobil Yolları Dövlət Agentliyinin labaratoriyasında deyil, Elm-Tədqiqat İnstitunun, eləcə də yolların tikintisinə birbaşa nəzarət edən digər qurumların labaratoriyalarında yoxlamadan keçir. Mətbuat sözçüsünün deməsinə görə, avtomobillərin intensiv hərəkəti yolu keyfiyyətsiz vəziyyətə sala bilər, bu zaman təmir-bərpa işlərinin olması normal haldır:

"Bakı-Quba yolunda isə problemlərin olmasıyla razıyıq. Bu kimi hallar tezliklə aradan qaldırılacaq".

İmamət İsmayılova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin