1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “Bakı Metropoliteni”x9d QSC, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və “LAYF”x9d İctimai Birliyinin əməkdaşlığı ilə Bakı Metropoliteninin N.Nərimanov stansiyasının təmirdən yeni çıxmış keçidlərindəki xüsusi sərgi qalereyasında rəsm sərgisi açıllb.
LAYF”x9d İctimai Birliyininicraçı direktoru Emil Vəliyev bildirib ki, rəsm sərgisinin keçririlməsində məqsəd ölkədə uşaqlar arasında geniş yayılan talassemiya və digər qan xəstəliklərinə qarşı mübarizəyə diqqəti artırmaq, könüllü və mütəmadi donorluğu təbliğ etmək, könüllü qan donorlarına olan ehtiyacı və zəruriyyəti nümayiş etdirməkdir. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Bakı Metropoliteninin N.Nərimanov stansiyasının təmirdən yeni çıxmış keçidlərindəki xüsusi sərgi qalereyasında iki ay davam edəcək rəsm sərgisi bütün ziyarətçilər üçün açıq elan edilib. Açılış mərasimində “Bakı Metropoliteni”x9d QSC-nin İnsan Resursları və Xidmət Departamentinin rəisi Tərlan Dadaşov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə, “LAYF”x9d İctimai Birliyinin icraçı direktoru Emil Vəliyev, dəyərl i millət vəkili Adil Əliyev, Mərkəzi Qan Bankının direktoru Pərvanə Hacıyeva və bir sıra dövlət və qeyri dövlət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Sərgidə “Uşaqların inkişafında idmanın rolu”x9d; “Qan donorluğunun təbliği və bu təbliğatın uşaqların sağlamlığında önəmi”x9d; “Odlar Yurdu Azərbaycan”x9dmövzularında 5-17 yaş arası uşaqlar tərəfindən çəkilmiş rəsm əsərləri nümayiş etdirilir. Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq uşaqların rəsm əsərlərindən ibarət sərgi qeyri-məhdud auditoriya ucun “Bakı Metropoliteni”x9d QSC-nin ev sahibliyi və dəstəyi ilə iki aydan daha çox müddətd yüz minlərlə vətəndaşımızın və ölkəmizin qonaqlarının ixtiyarında olacaq. Ölkəmizdə keçiriləcək 1-ci Avropa Oyunlarını nəzərə alaraq rəsm əsərləri haqqında məlumat həm Azərbaycan, həm də ingilis dilində göstəriləcək. Stansiyanın hər iki çıxışında 80 rəsm əsəri nümayişi həyata keçirilir. Təşkilatçılar bu sərgi sayəsində “Donorluğu”x9d təbliğ etməklə yanaşı azyaşlılar arasında rəssamlığa marağı artırmaq və gələcəkdə dünya mədəniyyəti və incəsənəti sahəsində ölkəmizin adını yüksəldəcək rəssamların yetişməsi üçün münbit çərait yaradır.
Sərgidə Bakı şəhərində fəaliyyət göstərən onlarla rəsm studiyası, orta məktəb və mədəniyyət evləri iştirak edirlər. Layihənin müəllifləri “LAYF”x9d İctimai Birliyi və “Bakı Metropoliteni”x9d QSC tərəfindən önümüzdəki aylarda
































































































