Bakıda AA seriyalı “Ferrari”nin sahibi cərimələndi

Hazırda oxunan: Bakıda AA seriyalı “Ferrari”nin sahibi cərimələndi

80206

Bakının Səbail rayonunda şirkətə məxsus avtomobil yol hərəkəti qaydalarını pozub.  

Bizim.Media xəbər verir ki, Yasamal rayon Polis İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən, MMC barəsində tərtib olunmuş inzibati qaydada protokol yazılıb.  

İş materiallarında olan 10 may 2022-ci ildə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, “Ferrari F12 Berlinetta” minik markalı 90-AA-511 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi barədə MMC tərəfindən məlumat verilməyib. 
Bunun nəticəsində MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilib.  

Protokol baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib və hakim Azər Tağıyevin icraatında araşdırılıb.  

Məhkəmə müəyyən edib ki, sorğu barəsində protokol tərtib edilmiş MMC-də 25 aprel 2022-ci ildə “Hacıyev” soyadlı şəxs tərəfindən imza etdirilməklə məlumat verilib.  

Məhkəmənin qərarı ilə iyunun 16-da MMC 300 manat cərimə edilib.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin